Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan Respublikası üzrə İdarəsi Azərbaycandan 61,2 ton bitki məhsulunun ixracına qadağa qoyub.
Rusiyaya ixrac edilən 3 partiya – 47,2 ton təzə pomidor və 1 partiya – 14 ton təzə çiyələk saxlanılıb.
“Yük avtomobilləri idxal edilən ölkəyə geri qaytarılıb”, – “Rosselxoznadzor” qeyd edib.
Məhsulun geri qaytarılmasına – fitosanitar sertifikatlara düzəlişlər edilməsi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlməməsi səbəb olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.