Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” Polşada “Rakuv”lə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 22:15-də başlayan oyunun ilk hissəsində hesaab açılmayıb – 0:0.
55-ci dəqiqədə isə “Qarabağ”dan müdafiəçisi Elvin Cəfərquliyev avtoqola imza atıb – 1:0.
71-ci dəqiqədə polşalılar daha bir qol vurublar. Fabian Pyasetskinin başla zəif zərbəsini qapçı Şahriddin kobud səhvlə qapıdan buraxıb – 2:0
Bu qoldan sonra sanki ayılan “Qarabağ” 2 dəqiqə sonra Redon Cicanın gözəl baş zərbəsi ilə fərqi azaldıb – 2:1
75-ci dəqiqədə Redon Cica daha bir gözəl qolla hesaaba tarazlıq gətirib – 2:2.
85-86-ci dəqiqələrdə “Qarabağ” bir neçə əlverişli qol epizodundan yararlana bilməyib.
90+1-də isə polşalı Kittel əla zərbə ilə hesabı dəyişib – 3:2
Beləliklə, oyun bu hesabla başa çatıb – 3:2.
Xatırladaq ki, “Qarabağ” avqustun 2-də Polşa komandasını Bakı Olimpiya Stadionunda qəbul edəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.