“Hraparak” nəşri “Əliyev kimi lider istəyirəm” başlıqlı məqalə dərc edib.
araz.az həmin məqaləni təqdim edir:
” Təəccüblü olsa da, mən azərbaycanlıların yerində olmaq istəyirəm.
İstəyirəm ki, ölkəmin lideri əlini masaya vurub ” Bu bizimdir!” desin.
İstəyirəm düşmən ölkənin ən mühüm yollarından birində, mənə çox da əhəmiyyətli olmayan yolunda blokpost qoyum, düşmən də kilometrlərlə yolu dolanbac yolla keçsin.
İstəyirəm ki, üç dildə sərbəst danışan dövlət menecerim olsun.
İstəyirəm ki, dövlətimin başçısı danışıqlar zamanı düşməni ələ salsın, məğlub olduğunu daim xatırladaraq onu alçaltsın.
İstəyirəm ki, düşmənin basdırdığı hər minaya görə, güllə yağışı ilə cavab verim.
İstəyirəm ki, azərbaycanlılar kimi mamır yığım. Sonra da onlar bizi məhv edən kimi onları məhv edim”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.