Şikayətçi Cavanşir Qədirovun idarəçiliyindən hədsiz dərəcədə narazıdır
Göyçay Şəhər Təsərrüfatı Birliyinin işçisi Sahib İsmayılov video-müraciət edərək, aidiyyatı qurumlardan və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevdən kömək istəyib. Bu barədə araz.az-a da daxil olan məlumatda bildirilir ki, o, Cavanşir Qədirovun idarəçiliyindən olduqca narazıdır.
Məlumatda öncə o xatırladılır ki, Sahib İsmayılov regionda, hətta respublikamızda belə öz xüsusi bacarığı ilə çoxlarından fərqlənir. Onun yüksəkliklərə çıxma cəsarətinə söz ola bilməz. Uzun müddətdir ki, qurumuş hündür çinar ağaclarının budanması, Bayraq meydanlarında köhnəlmiş və ya çırılmış bayraqların dəyişdirilməsi və sair işlərin öhdəsindən asanlıqla gəlməkdədir. Buna baxmayaraq, Göyçay Şəhər Təsərrüfatı Birliyinin sədri Cavanşir Qədirov, vicdan çərçivəsində, Sahib İsmayılovun işinə layiqincə qiymət vermək istəmir.
Dəyərli oxucularımızın vaxtını almaq istəmir və bildiririk ki, deyilənlərlə bağlı
daha ətraflı aşağıdakı videoda tanış ola bilərlər:
Səməndər QURBANOV,
araz.az xəbər portalı.
araz.az xəbər portalı.