seddadm001982-ci ildə Əlcəzairin İrana uçan təyyarəsi Türkyə sərhədlərində raketlə vurulub.

İslaminSesi.info – 36 ildən sonra Əlcəzairin keçmiş xarici işlər naziri Məhəmməd Siddiq Bin Yahyanın və 13 nəfər əlcəzairli nümayəndənin ölümü barədə həqiqətlər işıq üznə çıxıb.

 

Beləki Bin Yəhyanın və digər 13 nəfərin onlduğu təyyarənin Səddamın əmri ilə vurulduğu deyilir. Təyyarə İraqın Türkyə ilə sərhəddində vurulub.

 

Əlcəzairin keçmiş müdafiə naziri nasir Xəlil Nəzzarın xatirə qeydlərinə əsasən Səddam, Əlcəzairin keçmiş səfirini günahlandırdıqdan sonra, xarici işlər nazirinin təyyarəsinin vurulma əmrini verib. Səbəb kimi isə nazirin İrana səfərini qeyd ediblər.

 

Belə ki, keçmiş nazir 1982-ci ilinin may ayında İran-İraq müharibəsinə son vermək üçün İrana vasitəçi sifətində səfəri zamanı Səddam tərəfindən qətlə yetirilib.

 

Muharibənin dayanmasını istəməyən Səddam, nazirin bu sahədə uğur qazanacağını bilirdi və buna görə də təyyarəni vuraraq bütün heyyəti məhv etmə qərarını alıb. Həmçinin Səddam düşünürdü ki, Bin Yəhya və Əlcəzair onlarla əlaqəli olmayan məsələlərə müdaxilə edirlər.

 

Həmçinin keçmiş müdafiə nazirinin qeydlərində təyyarənin vurulmasının bəzi detalları və atılan “hava-hava” raketinin bəzi qalıqlarının da əldə edilyinə rast gəlinib. O cümlədən təyyarəni vurmaq üçün istifadə edilən raketin, İraq tərəfindən alınan bir sifarişlı Rus silahı olduğu da qeyd edilib.

 

Keçmiş müdafi naziri Nəzzar, həm o vaxtkı ölkə başçısını, həm də indiki ölkə başçısı Əbdüləziz Buteflikə qədər bütün prezidentləri bu hadisəni gizlətməkdə və dövlət sirri adı ilə ört-bastır etməkdə günahlandırı.

(alalam.ir)

[bt_youtube url=”https://youtu.be/QXKLdxGv1QQ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.