İrəvandan Qarabağa göndərilən 400 ton yük daşıyan 19 TIR-ın məxsus olduğu şirkətlə bağlı həqiqətlər üzə çıxıb.
TIR-ların aid olduğu “Spayka” şirkətinin 44 günlük müharibə zamanı Gürcüstan üzərindən Ermənistana hərbi yük daşımağa cəhd etdiyi məlum olub.
Sosial şəbəkələrdə 2020-ci ilə aid olduğu deyilən fotoda TIR-lardan birinin yük hissəsində hərbi maşının yerləşdirildiyi görünür.
Hazırda Laçın yolunda gözləyən TIR-ların içində nə olduğu isə tam olaraq məlum deyil. Qarabağdakı ermənilərin “humanitar fəlakət” çağırışlarına rəğmən Bakının Bərdə-Ağdam yolu təklifini rədd etməsi, israrla Ermənistandan yüklərin gətirilməsinin zəruriliyini vurğulaması, bölgəyə növbəti silah daşıma cəhdi ehtimalını gücləndirir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.