Bir neçə gün əvvəl Penitensiar Xidmətin rəisi təyin edilən Mirsaleh Seyidov cəzaçəkmə müəssisələrində məhbuslarla görüşə gələn yaxınlarından qeyri-leqal tələb olunan pulu qadağan edib.
araz.az bildirir ki, bu barədə gununsesi.info-ya Penitensiar Xidmətdən bildirilib.Qeyd edək ki, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində məhbuslarla görüş üçün 30-50 manat arasında rüşvət tələb olunurdu.
Penitensiar Xidmət rəisinin bu qadağasının nə zamana kimi davam edəcəyini isə zaman göstərəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.