Günlərdir, Qabağda “blokada”, “aclıq”, “humanitar fəlakət” var deyib bar-bar bağıran ermənilərin ya özlərindən xəbəri yoxdur, ya da doğrudan da xislətlərini yenidən ortaya qoyurlar.
Xankəndidə “acından ölən” gənc qızlar sosial media hesabları vasitəsilə necə “çətinlik çəkdiklərini” nümayiş etdirib.
Belə ki, biri ad günündən, digəri toy günündən, bir başqası isə istirahət günündən paylaşımlar etməklə, əslində, vəziyyətin nə yerdə olduğunu göstəriblər. Yəni heç bir humanitar fəlakətlə qarşı-qarşıya qalmadıqlarını etiraf edirlər.
Məsələn, Diana ad gününü keçirir, foto və videolarında naz edir, Karinka 20 iyulda baş tutduğu toyundan görüntülər paylaşır. Elen adlı qız isə rəfiqələri ilə birgə istirahət şəkillərini izləyicilərinə təqdim edir.
Təsəvvür edin, hər şey bu qədər şəffaf olduğu halda nəyi sübut etməyə çalışırlar? Paşinyan demişkən, gülünc və ağlasığmazdır. Sən demə, özləri haqda deyirmiş bu sözləri. Bu görüntülər hələ paylaşılanların bir qismidir. Hələ buna görə quldur rejimin qondarma “rəsmi”ləri əl-ayağa düşüb Qarabağ ermənilərinə çağırış da etmişdi. Nə çağırış olacaq? Əlbəttə ki, şad günləri ilə bağlı paylaşım etməməklə bağlı xahiş-minnət…
Yeri gəlmişkən, “su çatışmazlığı var” deyib “sulaşdı” da oynadıqlarının
görüntüsünü gizlətmədən sosial media hesablarında paylaşmışdılar. Nə istədiklərini bilməyəndə, belə gülünc mənzərə ortaya çıxır.
Əslində, obrazlı desək, etnik ermənilər də onlardan istifadə edilməsindən beziblər. Özləri qondarma rejimi ifşa edirlər. İfşa edirlər ki, bu komediyanı bitirsinlər və Azərbaycana reinteqrasiya prosesi start götürsün. Çox yaxşı anlayırlar ki, bu dəfə erməni hiyləsi keçməyəcək, onu da başa düşürlər ki, çıxış yolu ya məskunlaşdıqları ölkəyə üz tutmaqdadır, ya da çıxıb getməkdə. Bir sözlə, Azərbaycanın erməni vətəndaşları quldur rejimə, arayiklərə, rubenlərə deyir ki, “əl çəkin bizdən!”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.