Son zamanlar gənclər arasında da hipertoniyaya çox təsadüf olunur.
Kardioloq Tatyana Romanenko hipertoniyaya səbəb olan amilləri sadalayıb.
Onun sözlərinə görə, bunlara piylənmə, oturaq həyat tərzi, həddindən artıq spirt və duz istehlakı daxildir. Erkən yaşda siqaret çəkmək və stress də xəstəliyin inkişafına səbəb ola bilər.
Eyni zamanda, həkim qeyd edib ki, insan əvvəlcədən sağlamlığınızın qeydinə qala və hipertoniyanı gecikdirə bilər. O, bunun üçün siqaretdən, spirtdən imtina etməyi və bədən çəkisini normallaşdırmağı məsləhət görüb. Bundan əlavə, mütəxəssis bədən tərbiyəsi və normal yuxunun vacibliyini qeyd edib:
“Biz hipertoniyanın inkişafını 10-30 il gecikdirə bilərik”.
Həkim irsiyyətin də nəzərə alınmasının vacib olduğunu iddia edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.