Hakimiyyətinin başçısı niyə qardaşının qəsdən öldürüldüyünü gizlətməyə çalışır???

Bu gün Baş Prokurorluq yenidən mediaya xəbərdarlıq məzmunlu müraciət edib. Baş Prokurorluqdan “Təzadlar”a verilən rəsmsi məlumatda qeyd olunur ki, «Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur…». Qeyd edək ki, iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölən A.Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşıdır. Lənkəran Rayon İcra Hakimiyyəti hadisənin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyini açıqlayıb. Bu gün isə Azər Qaraşovu oğlu Azay Qaraşovun qətlə yetirdiyi məlum olub.

Bəs bu qətl nə ilə bağlıdır? Niyə Lənkəran RİH qətl hadisəsini silahla ehtiyatsız davranma ilə əlaqələndirərək istintaqın diqqətini əvvəlcədən və bilərəkdən yayındırmaq istəmişdir? “Təzadlar” bu və ya digər suallara istintaq sirrini yaymamaq şərti ilə aydınlıq gətirməyə çalışır…

İcra başçısından yalan məlumat…

Lənkəran RİH başçısı Taleh Qaraşov qətl hadisəsi baş verən gün mediyaya açıqlama verdi ki, “Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki, kalaşnikovla özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub, məsələ araşdırılır”.

Maraqlıdır, qardaşı qardaşının oğlu tərəfindən qətlə yetirilən İcra başçısı mediyaya informasiyanı çaşdırıcı halda ötürür, sonra isə Baş Prokurorluq mediyayak xəbərdarlıq edir ki, dəqiqləşdirilməmiş məlumatı yaymayın. Amma, bir daha deyirik, yuxarıda da rəsmi hesab edilən informasiya agentlikləri aydın şəkildə paylaşım etdilər ki, başçının qardaşı oğlu tərəfindən qətlə yetirilib. Nə üstündə, bu başqa məsələdir…

Kürdəmirdə hamı qətlin hansı səbəbdən baş verdiyini bilirsə…

Bəli, ötən il müavini məktəblini döydüyünə və digər qanunsuz əməllərinə görə işdən qovulan, barəsində cinayət işi başlanılan və Ali Məhkəmənin hökmü ilə müvaiq cəzaya məhkum edilən Taleh Qaraşovun qardaşının hansı səbəbdən güllələndiyini bütün Kürdəmir sakinləri bilir. «Təzadlar»a da bu barədə danışan mənbə var. Lakin Baş Prokurorluğun bu günkü xəbərdarlığına hörmətlə yanaşaraq hələki bu barədə susmağa üstünlük veririk. Baxmayaraq ki, 27 ildir icra başçısı işləyən Taleh Qaraşov medianı və ictimaiyyəti çaşdıran məlumatı yayır, amma ona Baş Prokurorluqdan xəbərdarlıq edilmir…

***

RƏSMİ ARAYIŞ: Taleh Azay oğlu Qaraşov – 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1991-1996-cı illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı və nəhayət, 14 aprel 2012-ci il tarixdən isə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Bu da 27 ildir icra başçısı olan şəxsin müavinin hoqqaları…

Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda deyilirdi: «Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı iyulun 14-də həmin təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib(???), bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub. Faktla bağlı cinayət işi başlanılıb».  Sonra isə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızının 9-cu sinif şagirdini döydüyü təsdiqlənib. O, şagird öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib.

Bax elə burada iri bir sual yaranır: Taleh Qaraşovun istəkli müavininin şəxsi mənzili iş yeri idimi, yaxud nə idi ki, qız uşağı olan şagird onun evinə gətizdirilir. İkincisi, başçının müavini attestat verən idimi, yaxud kim idi ki, belə bir qanunsuz əmələ rəvac verirdi??? Hansı ki, onun icra başçısı Taleh Qaraşovun ərköyün müavini olması və s. barədə sosial mediada dilə gətirilməsi mümkün olmayan ittihamlar səsləndirilib.

Başçının müavini istintaq qarşısında…

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavininin məktəblini döyməsi faktı ilə bağlı cinayət işi başlanılması barədə Baş Prokuorluq sonradan genişləndirilmiş məlumat da yaydı. Sitat: «Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub. Eyni zamanda keçirilən məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Həmçinin icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib. İstintaq zamanı bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək».

Bu da məsul şəxslərin hoqqaBAZlığına verilən məhkəmə qərarı…

Nəhayət, bu yaxınlarda Ali Məhkəmədə Lənkəran Rayon İcra Hakimiyyəti (RİH) başçısının sabiq müavini Rasilə Arifqızının barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya protesti təmin edilməyib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Hansı ki, Lənkəran Rayon Məhkəməsinin hökmü ilə ona 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi də apellyasiya protestini təmin etməyib.

***

Əlbəttə, bu qərar qeyri-adekvat idi. Adi bir şəxsə yumruq vuranı 5-7 il azadlıqdan məhrum edən məhkəmə kimlərinsə himayəsi sayəsində Lənkəran RİH başçısının müavininə vur-tut 4 min manat cərimə cəzası müəyyən edir.

Aldığımız məlumata görə isə, adı çəkilən uşağın valideynləri bu qərara etiraz edərək Prezident İlham Əliyevə müraciət yazıblar. Surəti «Təzadlar»a göndərilən müraciətin motivləri tərəfimizdən araşdırılır.

İndi sual olunur: 27 ildir ardıcıl və fasiləsiz olaraq icra başçısı işləyən Taleh Qaraşov ətrafını idarə edə bilmirsə, istitaqa yalan məlumat verirsə, onun belə bir məsul vəzifədə qalması nə dərəcədə məqsədə müvafiqdir???

Mövzuya qayıdacağıq.

«Təzadlar»ın Araşdırma Qrupu

araz.az xəbər portalı.