FikretQoca.jpgAzərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca adını daşıyan qız nəvəsinin Prezident İlham Əliyevin oğlu Heydər Əliyevlə birgə keçirilən andiçmə mərasimindən danışıb.

F.Qoca “Ölkə.Az”a açıqlamasında deyib ki, nəvəsinin andiçmə mərasimində iştirak edən zaman təsadüfən Heydər Əliyevin də orada hərbi xidmətdə olduğunu bilib:

“Dünən baba kimi hərbi hissəyə gedib nəvəmin andiçmə mərasimini izlədim. Həmin vaxtı cənab Prezident İlham Əliyev və ailə üzvləri də orada idilər. Öyrəndim ki, Heydər Əliyev də həmin hərbi hissədə gənc əskərdir. Cənab Prezident və ailə üzvləri də öz övladlarını görmək üçün gəlmişdilər. Onlar orada hamı kimi bir valideyn idilər, övladlarını görməyə gəlmişdilər. Çox şərəfli bir anlar idi. Ümumiyyətlə, Prezidentin oğlunun hərbi xidmətdə olması nümunəvi hərəkətdir”.

F.Qoca qeyd edib ki, Heydər Əliyev gənc əsgər kimi çox bacarıqlıdır:

“Dünən nəvəmlə söhbət edirdim. Nəvəm dedi ki, Heydər Əliyev də burada xidmət edir, gənc olmasına baxmayaraq çox cəsarətli və bacarıqlı əsgərdir. Doğrusu, bu məni çox qürurlandırdı. Əsl millət, xalq adamının övladı da belə olmalıdır. Çox nümunəvi addımdır. Allah hamı kimi, cənab Prezidentin də övladına can sağlığı versin”.

 

araz.az xəbər portalı.