Anar-Necefli.jpgAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfliyə daha bir vəzifə verilib.

Araz.az xəbər verir ki, bu haqda Anar Nəcəfli özü sosial şəbəkədə məlumat yayıb.

Həmin məlumatı olduğu kimi təqdim edirik:

“Əziz dostlar, mənə göstərdiyiniz diqqət, sevgi və çoxsaylı təbriklərinizə görə hər birinizə təşəkkür edirəm.

Qeyd edim ki, mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılmamışam və işimə davam edirəm. Sadəcə olaraq bundan sonra əsas işimlə paralel olaraq, həm də ARB TV-nin əsas xəbər buraxılışının aparıcısı olaraq da fəaliyyətimi davam etdirəcəm. Bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə, şəxsən Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədova, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində qalaraq həm də ARB TV-nin Xəbər aparıcısı kimi fəaliyyət göstərməyimə razılıq verdiyi üçün minnətdarlığımı bildirirəm. ARB TV-nin rəbərliyinə isə mənə etimad göstərib uzun ildən sonra yenidən efirə qayıtmağıma şərait yaratdığı üçün təşəkkür edirəm. Bundan sonra da çalışacam ki, həm təmsil etdiyim qurumun ictimaiyyətlə əlaqələrinin müsbət istiqamətdə inişaf etdirilməsində əlimdən gələni etməyə davam edim, həm də xəbər aparıcısı olaraq mənə göstərilən etimadı doğruldum.

Bir daha hər kəsə təşəkkür edirəm! Var olun!! Sizin Anar Nəcəfli”. /A24.Az/

 

araz.az xəbər portalı.