Dünən Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

TNS xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, digər yerli federasiyaların rəsmiləri, şahmatçılar və qonaqlar iştirak ediblər.

Açılış mərasiminə Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov da qatılıb.

Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov atasının istefasından sonra ictimaiyyət qarşısında az-az görünür.

Seymur Talıbov atasının vəzifədən kənarlaşdırılmasından sonra Naxçıvan Şahmat Federasiyasına diqqət göstərmir. Federasiya nə əvvəlki kimi yarışlar keçirir, nə də beynəlxalq yarışlara idmançı göndərir. Hesab edirik ki, kiçik Talıbovun federasiyadakı fəaliyyəti araşdırılmalıdır. Bu federasiya Seymur Talıbovun tədbirlərdə iştirakını təmin edən qurum rolunu oynamamalıdır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.