Öd – yalnız yaxşı həzm deyil, həm də orqanizmin müdafiəsi və təmizlənməsidir.
araz.az öd kisəsi və ödün orqanizmdə rolunu təqdim edir.
-Qida ilə alınan yağların parçalanması və sorulmasını təmin edir
-Yağda həll olan vitaminlərin sorulmasını təmin edir (osteoporozun prof)
-Həzm olmuş maddələrin irəliləməsi üçün lazım olan selik əmələ gətirir
-Bioloji aktiv maddə (xolesistokinin, qastrin) ifraz edən bağırsaq vəzlərini aktivləşdirir
-Mədəaltı vəzin və bağırsağın fermentlərini (xüsusən lipazaları) aktivləşdirib, həzmi yaxşılaşdırır
-zülal və karbohidratların hidroliz və sorulmasını gücləndirir
-Bakterisid funksiya: mədə və bağırsaqda olan patogenləri məhv edir
-Mədədən qida ilə gələn turş pepsini neytrallaşdırır ki, nazik bağırsağın selikli qişasını zədələməsin
-Peristaltikanın yaxşılaşması: bağırsaq fəaliyyətini aktivləşdirib, qəbizliyi aradan qaldırır
-Detoksikasiya funksiyası –orqanizmdən işlənmiş maddələri –metabolitləri xaric edir (xolesterin, bilirubin, digər metabolitlər)
Normada öd bağırsağa, qida gələndən sonra tökülür.
Nədən pozulur öd axını?
Xroniki stress (öd kisəsində boşalmanın sinir tənzimini pozur)
Susuzlaşma nəticəsində öd qatılığı
Parazitoz
Ödçağırıcı komponent qıtlığı, yağsız pəhriz (kisənin yığılmasını təmin edən XOLESİSTOKİNİN h-nu nazik bağırsaqda yağlı yemək zamanı ifraz olur)
Çox soyuq su, içkilər, yemək
Diafraqmanın spazmı
Öd kisəsi və öd yollarında iltihab (xolesistit, xolangit)
Anadangəlmə anatomik deformasiyalar
Öd kisəsi və öd yollarında daşın əmələ gəlməsi
Çox oturmaq, hərəkətsizlik (qəbizlik, qan və limfa durğunluğu, varikoz…)
Statin qəbulu (XL azalır, öd sintezi zəifləyir)
Zəif mədə turşuluğu
Yeməyə diqqət yetirmədən, zövq almadan yemək (telefonla danışaraq, komp. İşləyərək, uşaq başını multiklə qatmaqla..)
Mədə-bağırsaq traktının kəskin və xroniki xəstəlikləri: qastrit; mədəaltı vəzi, bağırsaqda iltihab;
Yuxu rejimini pozulması
Öd axınının pozulması fəsadlara gətirir!
Öd axını pozulmasının fəsadları:
• Ağızda acılıq, quruluq, dilin yanması, gəyirmə, yeməkdən sonra köp, ürəkbulanma
• Dəri qaşınması, dəri quruluğu, üzdə ləkələr, akne
• Selikli qişaların, dərinin sarımtıl olması
• Dilin sarı ərplə örtülməsi
• Sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrı
• Qəbizlik, bəzən diareya
• Baş ağrıları, miqren (gicgah nahiyəsi – öd kisəsi proyeksiyası)
• Beynə toksiki təsir!! (əsəbilik, tez qıcıqlanma,…)
• Yorğunluq
• Gecə yuxusuzluq – gündüz yuxululuq
• Qulunc (sağ çiyində, sağ kürək nahiyəsində ağrı – öd kisəsi proyeksiyası)
• Qaz dərisi
Uzaq fəsadlar
• Sızdıran bağırsaq
• SIBO
• Ateroskleroz
• Ksantelazm (lipid mübadiləsi pozulması)
• Neyrodegenerativ xəstəliklər
• Mioma, mastopatiya, endometrioz…(estrogendominantlıq)
• Xroniki, Autoimmun xəstəliklər…..və s
• Skolioz
• Oynaq ağrıları, oynaqda xırçıltı (öd sinovial mayenin sintezində iştirak edir)
Öd axınını necə yaxşılaşdıraq?
• İsti suyun içilməsi (hər səhər və hər yem. 30 dəq. əvvəl)
• İdman hərəkətləri (xüsusən yeməkdən 5 dəq. əvvəl)
• Mineral sular
• Fitoterapiya (ödqovucu çaylar-itburnu, qarğıdalı saçağı, zəncirotu, solmazçiçəyi, kasnı kökü-цикорий)
• Ədviyyatlar (sarıkök, zəncəfil, razyana, koriandr..)
• Acı dadlı maddələr (istiot, acıyovşan, tərxun, vəzəri)
• Ödçağırıcı qida – yağlı qida. Yağsız pəhrizlərin fəsadları
• Zeytun yağı+limon suyu qarışımı-ödü durulaşdırır, axını sürətləndirir: həm sərbəst, həm də yeməklərin tərkibində faydalıdır
• Ödqovucu tərəvəzlər – kələm, avokado, sitruslar, çuğundur; Tərəvəz şirələri (kök)
• Qarın massajı (hər axşam 5-7 dəq)
• Yetərincə yuxu
• Müntəzəm dübajlar (mineral su, və ya maqnezium ilə), hidrokolon (parasimpatik SSnin aktivləşməsi-spazmın azalması)
• Dərman preparatları və Bioloji aktiv maddələr (xoleretiklər, xolekinetiklər, ursodezoksixol turşusu, həzm fermentləri, Maqnezium, Taurin əlavələri, pre-, probiotiklər, biotənzimləyici preparatlar)
Stress menecment və digər antistress tədbirlər:
• Yoqa –(Surya namaskar) -Meditasiya –Diafraqmal tənəffüs – Öd kisəsi kanalının döyəclənməsi-İsti duş və sərt massaj…)
• Namaz
Öd kisəsinin xəstəliklərində Komponentləri çoxhədəfli təsir göstərir:
• Chelidonium komponenti – ödün reoloji xassələrini yaxşılaşdıraraq, daşəmələgəlmənin qarşısını alır
• Öküz ödündən alınmş Fel tauri komponenti qaraciyərdə öd sintezini yaxşılaşdırır
• Belladonna komponenti – iltihabı və müvafiq olaraq, ödemi azaldaraq, öd axınını yaxşılaşdırır
Chelidonium-Homaccord®
GÖSTƏRİŞLƏR:
• xolesistit
• xolangit
• ödçıxarıcı yolların və öd kisəsinin diskineziyası
• kəskin və xroniki hepatit
• qaraciyərin digər xəstəlikləri
• qurd invaziyaları
araz.az xəbər portalı.
araz.az xəbər portalı.