Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistan hakimiyyəti Bakının Xankəndi ilə danışıqlar aparmalı olduğunu deyir. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın sözlərinə görə, ehtirasları azaltmaq üçün əsas həll yolu Qarabağ erməniləri ilə Azərbaycan nümayəndələri arasında danışıqlar ola bilər. Əlbəttə, Bakı Qarabağ erməniləri ilə heç bir yerdə danışıqlar aparmaq fikri yoxdur. Çünki bu, rəsmi Bakının daxili işidir.
araz.az KONKRET.az-a istinadən xəbər verir ki, Xankəndidə separatçı kimi ad çıxarmış Boris Aruşanyanın fikrincə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistan rəhbərliyi kobud səhvə yol verib: “Çünki belə mövqe Azərbaycan rəhbərliyinə danışıqlar üçün ən qeyri-mümkün, absurd şərtləri bizə təqdim etməyə imkan verir. Bu, ATƏT-in əvvəllər müzakirə olunmuş bütün təklif və prinsiplərinə məhəl qoymamağa və yalnız onların faydalı ərazi bütövlüyü prinsipini əsas götürməyə imkan verir.
Ermənistan rəhbərliyi bizi tələyə saldı. İndi Paşinyan və onun komandası elə bilir ki, təkbaşına ayaqda qalacaq, Ermənistanın ərazi bütövlüyünü qoruyub-saxlayacaq. Türkiyə liderləri Sünik (Zəngəzur) dəhlizi ilə bağlı niyyətlərini gizlətmir, dəhlizin açılmasını israrla tələb edirlər. Azərbaycan artıq üçüncü tərəfin ərazisində Qarabağ nümayəndələri ilə görüşmək barədə razılaşmadan imtina edib. Bu şərtlər daxilində Ermənistan rəhbərliyinin etməli olduğu yeganə şey Qarabağın müstəqilliyini tanımaq və qarşılıqlı yardım müqaviləsi imzalamaqdır.
Bu, digər ölkələr üçün də stimul olacaq. Mən bunu 1991-ci ildən deyirəm. Əgər Ermənistan Qarabağda yaşayan ermənilərin bir hissəsini qoruya bilmirsə, bu, türklər üçün bir siqnaldır. Bu, o deməkdir ki, Ermənistan öz ərazilərini də qorumaq gücündə deyil”.
Boris Aruşanyan jurnalistin sualından bir qədər də cürətlənərək deyib: “Vəziyyəti dəyişmək üçün 9 noyabr 2020-ci il tarixli bu biabırçı sazişi imzalayanlara qəti addım atmaq lazımdır. Belə olmasa, biz blokadadan öz gücümüzlə çıxmalıyıq. 1988-ci ilin üsulları 1991-ci ilin şəraitində əlverişsizdir, biz artıq bundan keçmişik.
İndi də biz eyni şəkildə cavab verməliyik: birinci müharibə zamanı olduğu kimi bir neçə türkü tutmaq və mübadilə təklif etmək. Qəribədir ki, 1991-1994-cü illərdə müharibədə olduğu kimi Ermənistan və Qarabağ liderləri müvafiq nəticələr çıxarmadılar.
Əvvəlcə xarici qüvvələrə, onların təminatlarına inandılar, sonra özlərini passiv, “sülhpərvər”, əslində isə qorxaq apardılar. 44 gün ərzində edilən bütün səhvləri sadalamaq fikrində deyiləm.
Qarabağı təslim etməklə Ermənistanı xilas edə biləcəyini düşünürsə, Nikol çox yanılır. Belə davam edərsə, məsələ müharibəyə gətirib çıxaracaq. Müharibəyə aparsa, Ermənistan istəsə də, istəməsə də iştirak edəcək. Hakimiyyət iştirak etməsə belə, xalq iştirak edəcək, biz Azərbaycana inteqrasiya etməyəcəyik”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.