Son illər dövlət orqanlarında səlahiyyətindən sui-istifadə halları artıb. Aparılan yoxlama əməliyyatları da dəsdiq edir ki, bu qurumlar özbaşınalıq edir, başları korrupsiyaya qarışıb. Xatırladaq ki, hələ bir neçə il öncə bir neçə icra başçısı da belə əməllərinə görə həbs olunub. Amma nədənsə məmurların bəziləri belə neqativ hadisələrdən dərs götürməyib.
araz.az xəbər verir ki, məsələ ilə bağlı Faktmedia.az-a millət vəkili Fazil Mustafa bildirib ki, korrupsiyaya qarşı mübarizə gözlənilən bir prossesdir və bütün ölkə ərazisində bu istiqamətdə bir iradə ortaya qoyulub, müəyyən prosseslərin qarşısını almaq üçün addımlar atılır:
“Xüsusilə də, dövlət orqanlarında, yerli icra hakimiyyəti orqanlarında və başqa qurumlarda bu məsələ ilə bağlı hansı narazılıqlar varsa, onlar diqqətə alınıb və bunu müsbət qarşılamaq lazımdır. Çünki, mübarizə aparılmasa irad bildirmək olar, aparılırsa, demək nöqsanların aşkara çıxarılması və müəyyən qanunu pozmuş şəxslərin məsuliyyətə cəlb olunması, eyni zamanda, onların vəzifəli olub-olmamasına, hansı yüksək postu tutub-tutmamasına əhəmiyyət verilmədən bunun edilməsi hüququn bərabərlik prinsipinə uyğun bir davranışdır”.
Qeyd edək ki, bu gün də Baş Prokurorluq Yanında Korupsiya Qarşı Mübarizə baş İdarəsi tərəfindən Cəlilabadda daha bir məmur saxlanıb. İyulun 31-də isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı bir neçə məmur saxlanılıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.