Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İdarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.

araz.az Tribunainfo.az-a istinadən xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan şəxsin kimliyi bilinib. Məlumata görə, korrupsiya faktları ilə bağlı Tərtər RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Tofiq Kərimov saxlanılıb.

Dünən də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Cəlilabad rayonunda apardığı əməliyyat zamanı bir neçə vəzifəli şəxsi saxlamışdı. Onlar arasında da Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri var idi. Belə ki, saxlanılanlar Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov olub.

Əldə etdiyimiz məlumata görə, tezliklə Cəlilabadın başçısı Rafiq Cəlilov və Tərtərdəki həmkarı Müstəqim Məmmədov istintaqa cəlb ediləcək, dindiriləcəklər. Hər iki başçının vəzifədən azad ediləcəyi gözlənilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.