Kiprin “Aris” komandası Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksəlib.

araz.az xəbər verir ki, onlar ikinci təsnifat mərhələsinin cavab görüşündə Belarus BATE-sinə 5:3 hesabı ilə qalib gəliblər. Kipr təmsilçisi öz meydanındakı ilk görüşdə də Belarus klubunu ağır məğlubiyyətə uğratmışdı – 6:2. Beləliklə, “Aris” ikinci mərhələdə 11 qol vurub.

Kiprlilər üçüncü təsnifat mərhələsində “Qarabağ” – “Rakov” (Polşa) cütünə rəqib olublar. Bu cütün son iştirakçısı bu gün Bakıdakı cavab görüşündən sonra aydınlaşacaq.

“Aris”in belaruslu baş məşqçisi Aleksey Şpilevski deyir ki, həm “Qarabağ”, həm də “Rakov” çətin rəqiblərdir. O, dünən BATE ilə oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı sualı da cavalandırıb. O bildirib ki, bununla belə, üçüncü mərhələdə “Qarabağ”la deyil, məhz “Rakov”la qarşılaşmaq istərdi. 35 yaşlı mütəxəssis onu da deyib ki, ötən il “Rakov”un baş məşqçisi vəzifəfəsinə dəvət alıb, amma sonda “Aris”də işləmək qərarı verib.

“Qarabağ” – “Rakov” görüşü bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.