hikmet e1603453332584

“Qərbi Azərbaycan İcmasının Ermənistanda 1980-ci illərin sonunda qovulduğu doğma yurdlarına qayıtmaq hüququ var”.

araz.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Asharq Al-Awsat” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın o dövrdəki demoqrafik vəziyyətinə nəzər saldıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və yerli icma olduqlarını görmək mümkündür: “Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Qərbi Azərbaycan İcması öz vətəninə qayıtmaq hüququna sahibdir. Təəssüflər olsun ki, Ermənistan bu icmanın hüquqlarını tam olaraq pozur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.