Faktdır ki, Azərbaycan Respublikası müstəqilliyi dövründə bir çox tarixi mərhələlərdən keçmişdir. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir və həmin dövrün əhəmiyyətli hadisələrindən biri də, yerli ğzünüidarəetmə forması olan bələdiyyələrin yaranması oldu. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən olunması və s. kimi məsələlərin həlli, yerli özünüidarəetmənin hüquqi əsaslarını təşkil etmişdir. İndiyə kimi belə bir addımların atılmasına baxmayaraq, bu gün də bəzi bələdiyyə sədrləri çalışdıqları sahələr haqda məlumatsız olduqlarını açıq-aşkar şəkildə büruzə verirlər. Belə anlayışsız və məlumatsız bələdiyyə başqanlarından biri də Abşeron rayonu, Mehdiabad qəsəbə bələdiyyəsinin sədri Mustafa Süleymanovdur.
Bəli, bu şəxsin yarıtmaz idarəçiliyinin varlığı səbəbindən Mehdiabad qəsəbə sakinləri, sözün əsl mənasında zibilə düşüblər. Qəsəbə sakinlərindən bir neçə nəfərinin redaksiyamıza ünvanladıqları müraciətlərində bildirilir ki, “Dörd aydır ki, Mehdiabad qəsəbəsinin Sahil küçəsində məişət tullantıları yığışdırılmır və bələdiyyə sədri zibil daşıyan maşınları itbat etdirib. Baxmayaraq ki, bələdiyyə rəhbərliyi məişət tullantılarının daşınması üçün hər evdən ayda 4 manat pul yağdırır.
Amma buna baxmayaraq, düz 4 aydır ki, zibillər daşınmır. Bu iş necə həyata keçirilirsə, zibil daşınmasına görə yığılan pulların əvəzində heç bir qəbz də təqdim olunmur. Biz pulu kimə və nə üçün ödədiyimizi bilmirik. Artıq 4 aydır ki, əhali həmişə olduğu kimi, bu gün də zibili kombi otağına və tualetə yığmağa məcbur olublar.
Çünki, zibili ərazidən daşıyanlar heç bir halda görsənmirlər. Yayın istisində zibillərin üfunətindən nə evimizdə, nə də ki, həyətimizdə dayana bilmirik. Zibillərə qurd da düşür”. Şikayətçilərin belə bir müraciətini əsas tutaraq bələdiyyə sədri Mustafa Süleymanovla telefon əlaqəsi saxladıq və ona ərazidəki acınacaqlı durumun varlığını izah etdik. Bələdiyyə sədri cavabında həmin ərazinin Mehdiabad qəsəbəsinə aid olmadığını dilə gətirdi. Təbii ki, biz bu cür cavabdan sonra təəccüblənməyə bilməzdik. Deməli, Mehdiabad bələdiyyəsinin sədri öz ərazisini tanımırsa, vay olub həmin qəsəbənin başına!. Bələdiyyə sədri rəhbərlik etdiyi qəsəbənin ərazisini tanımadığına görə xəcalət çəkməli olduğu halda, bu şəxs sakinlərin haqlı ittihamları ilə razılaşmır və hətta bu şəxsin özü öz fəaliyyətini əla dəyərləndirir. Aman Allah, belə müsibət olar?! Bu da onu sübut edir ki, bələdiyyə sədri öz ampulasında olur, sakinlər isə əziyyət çəkməkdə davam edirlər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.