1 avqust tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən Mineral İnvestisiya Sammitində iştirak edib.
“AzerGold” QSC-dən araz.az-a daxil olan məlumatda deyilir ki,”Tozdan inkişafa” mövzusunda keçirilən beynəlxalq sammitin təşkilində əsas məqsəd xarici şirkətlərinin Pakistanda mədənçıxarma sənayesinə investisiya yatırmalarını təşviq etmək, bu sahədə müştərək layihələrin icrası istiqamətində ölkələr arasında əməkdaşlıq imkanlarını dəyərləndirilməkdir. Belə ki, tədbirdə Pakistanın mədənçilik sahəsində potensialı, mövcud faydalı qazıntı yataqları barədə ətraflı məlumat verilib, təbii ehtiyatların idarə olunması, səmərəli istifadəsi, qlobal təchizat zəncirində təhlükəsiz təminatı və dağ-mədən sahəsinin inkişafınadair müzakirələr aparılıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.