Yeni Klinikada kütləvi işdən çıxarmalara başlanılıb.

Cumhuriyyet.az-a daxil olan məlumata görə, TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanovun Yeni Klinikaya təyin etdiyi Barat Yusibovun təyinatından sonra klinikada ciddi şəkildə işdən cixarmalar həyata keçirilir.

Məlumat üçün onu da bildirək ki, səhiyyə sistemində peşəkarlığına görə nüfuz qazanmış C.Paşayevin B.Yusibovla əvəzlənməsi birmənalı qarşılanmamışdı. Çünki Barat Yusibovun adı dəfələrlə müxtəlif qalmaqalda hallanıb. Məsələn, 2021-ci ildə Bakıda fəaliyyət göstərən “EGE Hospital”da əməliyyat olunan Fatimə Əli qızı Xuçinayeva komaya düşüb. Xəstənin qızı Eren Xuçinayeva o zaman mətbuata açıqlamasında bildirmişdi ki, anasının bu vəziyyətə düşməsində “EGE Hospital”ın təsisçisi Barat Yusifov, onun xanımı Gültəkin Yusifova və baş həkim Aqil Ağakişiyev təqsirkardır. Bu ilin martında isə həkim nefroloq Barat Yusubovun səhlənkarlığı ucbatından sevilən aparıcı, pedaqoq Rəna Bayramqızı həyatını itirib. Belə bir şəxsin “Yeni Klinika” kimi tibb müəssisəsinə rəhbər təyin olunması təəccüb doğurmaya bilməz.

Amma ötən ayın əvvəllərində TƏBİB-in direktor vəzifəsini icra edən Cavid Paşayevin müqaviləsinə xitam verildikdən sonra V.Qurbanov Yeni Klinikaya öz adamını yerləşdirməyi bacarır. Cavid Paşayev ilə elə də isti münasibətləri olmayan V.Qurbanov direktor vəzifəsini icra edən Baş Həkim C.Pasayevin müqavilə müddətini uzatmir. Eyni zamanda cumhuriyyet.az-a daxil olan məlumata görə B.Yusibovun təyinayindan sonra klinikada hər gün kütləvi işdən cixarmalar olur. İşdən çıxarılan işçilərə isə ərizə yazaraq öz istəkləri ilə işdən çıxmaları ilə bağlı bildiriş edilir. İşçilər də münaqişəyə getməyərək öz ərizələri alinaraq işdən çıxarılır. İyulun son 20 günündə demək olar ki, əsas şöbə müdirlərinun ərizələri alinaraq işdən çıxarılıb. Yeni rəhbərlik bütün əsas strateji postlara öz adamlarını yerləşdirməyi hədəfləyiblər…

araz.az xəbər portalı.

araz.az xəbər portalı.