İnsan mənəviyyətini satıbsa, o hər şeyə qadirdir və o nə istəsə danışa bilir.

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” müxbirinin suallarını cavablandırdı. “Euronews” televiziyası eyni sualları bir başqa məkanda Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanlayaraq, suallara hər iki dövlət başçısının cavablarını ardıcıl şəkildə təqdim etdi. İlham Əliyev həmişə olduğu kimi təmkinli, məntiqli cavabları ilə yüksəkdə idi. Yetərincə hazırlıqlı olan, ingilis dilini mükkəmməl bilən Azərbaycan Prezidenti üçün “Euronews”müxbirinin suallarına, onun danışdığı dildə cavab vermək adi bir iş idi.

Dünən axşam təsədüfən “YouTube” kanalında Amerikadan Sevinc Osmanqızı adlı birinin bu müsahibəyə şərhinə qulaq asdım. Adam utanır. Gerçəkdən adam utanır ki, bu danışıqla mənəviyyatını ayaqları altına alan bu adam, sənin ana dilində danışır. Bu dil ona haramdı, çünki o, bu dillə erməni təbliğatı aparır. Bizə qarşı kin-küdurəti başdan aşan, ən qatı erməni belə Azərbaycan Prezidenti haqqında belə danışmır. Bu çıxışa diqqətlə qulaq asıb, tam əmin oldum ki, milli qüruru olmayan, utanmadan dövlətini, xalqını ermənilərin ayağı altına atan bu kəs ermənilər tərəfindən maliyyələşdirilir. Bu qadın (adamın ona xanım belə deməyə dili gəlmir, çünkü onda xanımlığa aid heç nə yoxdur) Prezidentin müsahibə zamanı “gərginləşdiyini, əsəbləşdiyini, üzünün cizgilərinin, rənginin dəyişdiyini” deyib, bütün bunları “Azərbaycan Prezidenti müxbirdən çəkinirdi, deməyə sözü yox idi”  kimi şərh edir. Ay yazıq, axı yaxşı bilirsən ki, müzakirə olunan məsələdə əsil söz sahibi 44 günlük savaşda qalib gəlmiş Azərbaycan Prezidentidir. Sənin atan da daxil Qarabağ uğrunda mübarizədə kəkələyənlərin hamısına, bünövrəsini Heydər Əliyevin qoyduğu cavabı məhz İlham Əliyev verdi.

Danışanda hər kəsin özünəməxsus bir mimikası olur. Biz də sənə baxanda bir gözünün daima qıyıq olduğunu görürürük, ancaq bunu heç vaxt dilə gətirib, düşmən də olsan, sənin qüsurun kimi hallandırmırıq. Tək ayıb deyil, bir qədər də el dilində desək, ölüm olsun sənin kimilərə ki, bu qədər alçalıb, Qarabağı 30 illik işğaldan 44 gündə qurtaran dövlətinin başçısı haqqında belə ləyaqətsiz bir çıxış edirsən! Sən və sənin kimilər İlham Əliyev qədər dərin hazırlıqlı bir adamın müsahibəsini şərh etməyə yetməzsiniz. Sən və səninkimilər 44 günlük müharibədə dünyanın tanınmış telekanallarına onlarla müsahibələr vermiş, milyonlarla auditoriya qarşısında əsil natiq kimi çıxış etmiş bir insanın müsahibəsini hansı haqla təhlil edə bilərsəniz?

Həyat yolunda gerçək uğur qazanmaq qabiliyyəti olmayan səninkimilər sosial şəbəkələrdə belə asan yolla “uğur qazanmağa” çalışırlar. Səninlə Avropadakı söyüş müxalifətinin heç bir fərqi yoxdur. Sizlər elə o qürbətdə danışa – danışa da çürüyəcəksiniz. Ar olsun!!!  Mən başqa söz tapa bilmədim… /tns.az/

araz.az xəbər portalı.

 

 

araz.az xəbər portalı.