“Hicaz 313” şirkətinin satış müdiri Əli Cəfərov Marja.az-a bildirdi ki, kolbasaların istehsalı prosesi zamanı elektrik enerjisi kəsildiyindən məhsullar tələb olunan keyfiyyətdə olmayıb. Bu səbəbdən “Hicaz 313” şirkəti tərəfindən onların məhv olunması üçün AQTA-ya müraciət olunub: “Biz tələblərə cavab verməyən, tam bişməmiş məhsulların satışına heç vaxt imkan vermirik. Özüm iştirak etməklə məhsular məhv edildi”.

XXX
“Hicaz 313” MMC-nin istehlaka yararsız qida məhsullarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında 2 adda, ümumi çəkisi 3,9 ton kolbasa məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə Marja-ya AQTA-dan bildirilib.

Qeyd edilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.