Azərbaycanla razılaşdırılmadan 19 avtomobildən ibarət karvanı sərhədə qədər gətirən Ermənistan hakimiyyəti indi yüklərin Qarabağa buraxılması üçün Azərbaycana müraciət edib. Bu gün hökumətin iclasında çıxış edən Baş nazir Nikol Paşinyan Qarabağda “humanitar böhran”ın yaranmasından narahat olduğunu bildirib. Ermənilərə təklif olunan Bərdə-Ağdam-Xankəndi marşrutu barədə bir kəlmə danışmayan Paşinyan Azərbaycanı yükləri buraxmamaqda ittiham edib.

araz.az KONKRET.az-a istinadən xəbər verir ki, Ermənistan cəmiyyətinin əzbər bildiyi problemləri yenidən gündəmə gətirən və ictimai rəyə hesablanan bəyanatlar verən Paşinyan əslində yüklərin Laçın yolundan buraxılmayacağını bilir və sadəcə siyasi manipulyasiya edir. Bununla dünya ictimaiyyətinin diqqətini regiona cəlb etməyi düşünən Baş nazir Laçın sərhəd-keçid məntəqəsində həbs edilən quldur haqqında da danışıb.

Vaqif Xaçaturyanı “günahsız mələk” hesab edən Paşinyan əslində onun kimliyi barədə məlumatlıdır və Xaçaturyanın digər quldur yoldaşlarının həbsinə də zərrə qədər şübhəsi yoxdur. Eməni terrorçuların taleyindən narahat olan Ermənistan hakimiyyəti onları qorumağın yollarını düşünsə də, bu, mümkün deyil. Ərazilərimizdə qırğınlar törədən hər bir quldur erməni haqqında Azərbaycan xüsusi xidmət orqanlarında məlumat var və həmin terrorçular gec-tez həbs ediləcəklər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.