Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.
araz.az
“İnfo Rustavi”yə istinadla xəbər verir ki, onlar Rustavi sakinləri 18 yaşlı Samirə İsayeva və 60 yaşlı Marina Xorbaladzedir.
“Səhər meyitin tanınması ilə bağlı bizimlə əlaqə saxladılar və atam onu ​​tanıdı. Təxminən 1 saata Kutaisi morqundan çıxardılar. Qonşumun da ailə üzvləri onun meyitini tanıdılar”, – S. İsayevanın qardaşı İsgəndər İsayev bildirib.
Qeyde dək ki, S. İsayeva Azərbaycan əsilli Gürcüstan vətəndaşıdır.

Xatırladaq ki, avqustun 3-də Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində torpaq sürüşməsi baş verib. Xilasedicilər indiyə qədər 210 nəfəri sağ-salamat torpağın altından çıxara biliblər. Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 18 nəfər ölüb. Axtarış-xilasetmə əməliyyatları hələ də davam edir. 18 nəfərin axtarışda olduğu bildirilir.
Faciə ilə əlaqədar avqustun 7-si Gürcüstanda matəm günü elan edilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.