Bu günlərdə, qardaş Türkiyənin sevilərək izlənən seriallarının baş qəhrəmanlarını canlandıran tanınmış aktyorların nə qədər qazandıqları, mətbuat vasitəsi ilə, ictimaiyyətə də məlum olub.

araz.az bildirir ki, Türkiyə mətbuatı bununla bağlı siyahı tərtib edib. Həmin siyahıda “Aile”, “Yalı Çapkını”, “Yarğı”, “Kızılcık Şerbeti” və “Adım Farah” seriallarının baş qəhrəmanlarını canlandırıb, həyat verən aktyorların hər bölüm üçün qazandıqları məbləğ qeyd olunub.

Məlum olub ki, izləyicisi daha çox olan və 13-cü bölümü ilə mövsum finalına çıxan “Aile” serialına çəkilən Kıvanç Tatlıtuğ hər bölüm üçün 1,5 milyon (95,100 manat), Serenay Sarıkaya isə, 1,2 milyon lirə (76,230 manat) qazanır.

Digər bir maraqlı “Yarğı” serialındakı obrazlarına görə, Pınar Dəniz və Kaan Urgancıoğlu isə, çəkildikləri hər bölüm üçün 700 min lirə (44,030 manat) qazanırlar. Yeri gəlmişkən, onu da qeyd edək ki, izləyicisi çox olan bu serial da, 63-cü bölümü ilə, artıq, sezon finalına çıxıb.

Tərtib olunan siyahıda qeyd olunanlara görə, “Yalı Çapkını”nın “Seyran”ı Afra Saraçoğlu 500 min lirə (31,450 manat), “Ferit”I Mert Ramazan Demir isə, təqribən 400 min lirə (25,160 manat) qazanır. Bu yerdə, onu da qeyd etmək yerinə düşər ki, bu maraqlı serial da, 36-cı bölümü ilə, artıq, sezon finalına çıxıb.

Bu maraqlı siyahıya görə, “Kızılcık Şerbeti” serialının baş qəhrəmanlarını canlandıran Sıla Türkoğlu və Doğukan Güngör isə, çəkildikləri bu maraqlı serialın hər bölümü üçün, həmkarlarına nisbətən az qazanırlar. Belə ki, Sıla Türkoğlu 100 min lirə (6,290 manat), Doğukan Güngör isə, vur-tut 50 min lirə (3,145 manat) əldə edirlər. Bu maraqlı ekran işi də, 29-cu bölümü ilə, artıq, sezon finalındadır.

14-cü bölümü ilə sezon finalı edən
“Adım Farah” serialının aktyorları Demet Özdemir və Engin Akyürek də, çəkildikləri hər bölümə görə, 650 min lirə (40,885 manat) qazanırlar. Bu serial da, 14-cü bölümü ilə, artıq, sezon finalı edib.

Ümumiyyətlə, Türkiyə mediası bu barədə dərc etdiyi öz yazılarında, xüsusi olaraq onu da vurğulayıb ki, tərtib olunan bu siyahı ətrafında yazılanlar, son vaxtlar, türk ictimaiyyəti tərəfindən daha çox və daha maraqla izlənib.

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.