mit-yusuf-nazik-690x450.jpgSuriyanın Lazkiyə əyalətində yaxalanaraq Türkiyəyə gətirilən PKK terrorçusu Yusuf Nazikin həbs qətimkan tədbiri daha 4 gün uzadılıb.
Araz.az xəbər verir ki, Reyhanlıda 53 nəfərin qətlinə səbəbə olan terror aktının təşkilatçısı olan Yusuf Nazikin dindirilmə prosesi zamanı ortaya yeni detallar çıxıb.

Dindirilmə zamanı Y. Nazik terror təşkilatı ilə əlaqəsi olan bir ABŞ vətəndaşının da adını verib. Terrorçu Nazikin verdiyi ifadəyə əsasən həmin ABŞ vətəndaşı türkcə və kürdcə yaxşı bilir. Bundan sonra həmin şəxsin axtarışı məqsədi ilə 40 nəfərllik xüsusi bir qrup yaradılıb. Terrorçu ifadəsi zamanı Suriyanın El Müharibat xüsusi xidmətinə bağlı olan çox önəmli adamların adını verib. Terrorçunun hətta “THKP-C Acilciler” terror təşkilatı ilə də əlaqələrinin olduğu ortaya çıxıb.
/Avropa.info/

araz.az xəbər portalı.