Bu gün 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Masallı Rayon üzrə Xidmət Mərkəzində izdiham yaşanıb.

araz.az Asiya.az-a istinadən xəbər verir ki, əksəriyyəti aztəminatlı ailələrdən ibarət olan rayon sakinləri ünvanlı sosial yardım almaq üçün sözügedən xidmət mərkəzinə gələrək Mülkiyyətində olan kənd təsərrüfatı üçün nəzərdə tutulmuş paybəlli torpağın 6.09 manat vergisini ödəyib, lakin təsdiq qəbzi ala bilmirlər. İzdiham o qədər çox olub ki, içəri daxil olan kütlə xidmət mərkəzinin qapısı sındırıblar.

Sakinlər Xidmət Mərkəzinin, eləcədə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətindən narazı olduqlarını bildirərək, prosesi asanlaşdırmaq üçün belə qəbzlərin verilmə səlahiyyətini “Masallı ASAN Xidmət” mərkəzi və ya “DOST” mərkəzlərinə verilməsini uyğun bilirlər.




araz.az xəbər portalı.

araz.az xəbər portalı.