“Xəzər dənizi yalnız bizim deyil”.
araz.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla azərbaycanlıların çimərliyə gedərkən özləri ilə apardıqları ərzaq vasitələrinin tullantılarının dənizə atılmasına aydınlıq gətirərkən deyib.
Professor dənizə gedərkən insanların evdən hazır yeməklərin aparılmasını düzgün hal hesab etmədiyini bildirib:
“Bəzi yeməklər, meyvələr var ki, onların hər biri dəniz kənarında fəaliyyət göstərən xidmət sahələrində var. İkincisi, insanlar dənizə gedəndə həddindən artıq çox yemək aparırlar. Sonra gün ərzində yediklərinin tullantılarını dənizin kənarına atıb gedirlər. Belə olmaz. Hətta qapız qabıqları, su qablarını dənizə atırlar. Xəzər dənizinin bir hissəsi Türkmənistana, bir hissəsi İrana, bir hissəsi Rusiyaya aiddir. Biz bu dənizi qorumalıyıq. Yəni, bu böyük su hövzəsidir. Azərbaycanın da taleyi su hövzəsindən asılıdır. Bunu nəzərə almalıyıq”.
Adil Qeybulla Xəzər dənizi təkçə çimmək üçün nəzərdə tutulmadığını vurğulayıb:
“Azərbaycan üçün çox böyük önəmi var. Hesab edirəm ki, bu amilləri də nəzərə almalıyıq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.