Ötən ay Azərbaycana 224 min 826 nəfər səfər gəlib.
araz.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çox olub. Belə ki, ötən ilin iyulunda ölkəyə 193 min 416 nəfər səfər etmişdi.
Bu ilin 7 ayı ərzində isə ölkəyə gələnlərin sayı 1 milyon 144 min 122 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (832 min 186 nəfər) 37 faiz çoxdur.
Ötən ay gəlmə sayına görə, Rusiya (72 min 432), Türkiyə (31 min 269), Səudiyyə Ərəbistanı (21 min 908), İran (14 min 473) və Gürcüstan (8 min 692) ilk beşlikdə yer alıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin iyulunda Yaxın Şərqdən (əsasən ərəb ölkələrindən) gələnlərin sayında 12 faiz azalma qeydə alınıb.
Gəlmə sayına görə ən çox artım isə Şimal Şərqi Asiyanın (395%) payına düşüb.
Pandemiyadan əvvəlki illə müqayisədə Türkiyə (9 faiz), Cənubi Asiya (18 faiz), Afrika (34 faiz) və Cənub Şərqi Asiyadan (15 faiz) gələnlərin sayında artım olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.