asura2018.jpgHər il olduğu kimi bu ildə Azərbaycanda Aşura mərasimləri böyük izdihamla keçirilib

Ölkənin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində yüz minlərlə insan məscidlərə axəşaraq, əziz İslam Peyğəmbəri Həzrəti Məhəmmədin nəvəsi, müsəlmanların üçüncü imamı, həzrəti Hüseyn (ə) –a əza saxlayıblar.

 

Əzadarlar “Ləbbeyk Ya Hüseyn” şüarları səsləndirərək, imama olan ehtiramlarını nümayiş etdiriblər.

 

Hər il olduğu kimi, bu il də Aşura mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilib.

 

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada Əməvi xəlifəsi Yezid İbn Müaviyəninin əmri ilə şəhid ediliblər.

 

İslam tarixinə qanlı faciə kimi daxil olan bu hadisə 14 əsrdir ki, dünya müsəlmanları tərəfindən hüzn günü kimi qeyd edilir. Milyonlarla müsəllman Əhli-beytə olan sevgisini əzadarlıq mərasimləri ilə nümayiş etdirir.

 

IslaminSesi regionlarda qeyd edilən Aşura mərasimindən lentə aldığı görüntüləri oxucularına təqdim edir.

 

araz.az xəbər portalı.