“Qarabağ iqtisadi rayonunda Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Körpü-Bina-Tikinti” MMC olub.
araz.az xəbər verir ki, Xidmət Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işlərinin satın alınmasına görə “Körpü-Bina-Tikinti” MMC-yə 8 milyon 560 min 614 manat 98 qəpik ödəyəcək.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşən MMC-nin nizamnamə kapitalı 300 min manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.