Son illər özəlləşdirmə çekləri ilə bağlı problemdə öz hüquqlarının bərpasını gözləyən vətəndaşlarla yanaşı, bir sıra ictimai nüfuzlu şəxslər də müəyyən çağırışlarla çıxış edirlər. Məqsəd isə bəllidir. Vətəndaşların yanında olmaq və onların haqqlarını geri qaytarmaq olduqca vacib məsələdir.
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub.
araz.az xəbər verir ki, vətəndaşlara özəlləşdirmə çekləri paylanan zaman qüvvədə olan qanunların tələbinə uyğun olaraq 1993-cü ildə 445 nömrəli “Özəlləşdirmə Qanunu”nda bildirilir ki, əmlak payının miqdarı, bölgüsü və bu kimi məsələlər mülkiyyət hüququ ilə bağlıdır və buna görə də ANCAQ və ANCAQ QANUNLA qəbul edilən dövlət proqramı ilə tənzimlənə bilər. Bu səbəbdən də 1995-ci ildə “Dövlət Özəlləşdirmə Proqramı” qəbul olunanda bütün özəlləşdiriləcək orta və iri müəssisələrin ən azı 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə həyata keçirilməsi dövlət tərəfindən qanunla qoyulmuş qayda ilə tənzimlənib. Eyni zamanda özəlləşdirmə çeklərinin çıxarılmasına əsas olan özəlləşdirmə payları inflyasiyadan qorunan dövlət əmlak payı kimi qəbul olundu. Dövlət yalnız ona məxsus olan 35 faizlik hissəni pulla sata bilər. Digər 65 faizlik hissə isə ancaq və ancaq Konstitusiya və qanunlara əsasən verilə bilər.
Hüquqşünaslara görə, Konstitusiya və qanunlarımıza əsasən vətəndaşların mülkiyyət hüququnun məhdudlaşdırılması və ya dövlət tərəfindən əldə olunması yalnız qanun və qanunun göstərdiyi əsaslarla məhkəmə qərarı ilə həyata keçirilə bilər. Bu baxımdan dövlət özəlləşdirmə çeklərinin daha sonra qəbul olunan fərmanlarla tədavüldən çıxarılması və istifadəsinin məhdudlaşdırılması vətəndaşların əlindən alınması mənasına gəlir. Bu isə onların mülkiyyət hüquqlarının pozulması, başqa sözlə, Konstitusiya və qanunların pozulması mənasını ifadə edir. Özəlləşdirmə çeklərinin kompensasiya ödənmədən fərmanla dövriyyədən çıxarılması Konstitusiya və qanunlara zidd məsələdir. Heç kim Konstitusiyaya zidd olaraq, qanunla vətəndaşlara verilən özəlləşdirmə çekləri ilə bağlı onların hüquqlarını, o cümlədən dövlət öhdəliklərini poza bilməz.
Xatırladaq ki, özəlləşdirmə çeklərinin nominal dəyəri qanunda birbaşa tənzimlənməyib. Həmin dövlət proqramında həm də özəlləşdiriləcək bütün orta və iri müəssisələrin, dövlət əmlakının ən azı 65 faizinin ölkə vətəndaşlarına qanunla qoyulmuş qaydalar əsasında əmlak payı olaraq verilməsi bir dövlət öhdəliyi kimi nəzərdə tutulur. Bu əmlak payının dövlət özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara verilməsi qərara alınıb. Dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri birincili olaraq yerləşdiriləndən sonra, yəni vətəndaşlara verildikdən sonra özəlləşdiriləcək dövlət payı üzərindəki mülkiyyət hüququ ilə birlikdə, digər bütün hüquqlar da vətəndaşlara keçmiş sayılır. Dövlət Əmlak Komitəsinin 1996-cı il tarixli 222 saylı əmrinə əsasən, bir özəlləşdirmə payının qiyməti ən azı 2000 ABŞ dollarıdır. Qeyd etmək lazımdır ki, qanunda göstərilən qayda və öhdəliyə əsasən əmlak payının dəyəri inflyasiyadan qorunan dəyərdir. Deyə bilərik ki, bu gün həmin dəyər 5-10 dəfə yüksəkdir. 25 il vaxt keçdiyi üçün yeni nominal dəyər qanunla qoyulmuş qaydaya uyğun olaraq hesablana bilər, hətta hesablanmalıdır. Nazirlər Kabinetinin 8 fevral 2018-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarından məlum olur ki, xarici valyutanın və qiymətli kağızların səhmləri, istiqrazlar, dövlət özəlləşdirmə çeklərinin alqı-satqısı qanunla tənzimlənib.
Normativ hüquqi aktlar və nəzəriyyəyə görə, verilmiş bir hüquq ləğv olunduqda həmin hüququ tənzimləyən normativ hüquqi aktlarda bundan sonra hansısa dəyişiklik edilməz. Çünki bu, hüququn qüvvədən düşməsi hesab olunur. Məlum olduğu kimi, “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə” 14 may 1997-ci il tarixli 579 saylı fərmanla təsdiq olunub. Həmin çeklər başqa bir fərmanla 2011-ci il 1 yanvar tarixindən etibarən tədavüldən çıxarılıb. 22 dekabr 2014-cü il tarixli 426 saylı fərmanla isə “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə”də dəyişiklik edilib. Sual olunur ki, çeklər hələ də qüvvədə deyilsə, onda nə üçün çeklərə aid olan əsasnamədə dövriyyədən çıxarılandan sonra dəyişiklik edilib?! Bu kontekstdən yanaşsaq, özəlləşdirmə çekləri hələ də qüvvədədir.
Bu fonda qanunvericilikdə nəzərdə tutulan bəzi maddələrlə tanış ola bilərsiniz:
Maddə 94. AZƏRBAYCAN RESPUBLİKASI MILLI MƏCLİSİNİN MÜƏYYƏN ETDİYİ ÜMUMİ QAYDALAR
bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı; 11) mülki hüquq obyektləri; 12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik; 13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;
MADDƏ 130. AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİ
III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
MADDƏ 149. NORMATİV HÜQUQİ AKTLAR
IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir
Konstitusiya Məhkəməsi haqqında Qanun
MADDƏ 32. SORĞULAR
32.1. Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III və IV hissələrində, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
MADDƏ 33. MÜRACİƏTLƏR
33.1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində, məhkəmələr isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
33.2. Müraciət Konstitusiya Məhkəməsinə yazılı şəkildə göndərilir. Müraciət səlahiyyətli şəxs tərəfindən, kollegial orqanın qərarı əsasında verildikdə isə onun rəhbəri tərəfindən imzalanır.
MADDƏ 34. ŞİKAYƏTLƏR
34.1. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.
.MADDƏ 60. AZƏRBAYCAN RESPUBLIKASI KONSTITUSIYASININ VƏ QANUNLARININ ŞƏRH EDİLMƏSİ BARƏDƏ SORĞUYA VƏ MÜRACİƏTƏ BAXILMASININ XÜSUSİYYƏTLƏRİ
60.1. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya müraciət haqqında məsələ, bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğunun və ya müraciətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərar qəbul olunur.
60.2. Sorğunun və ya müraciətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverən orqana və ya vəzifəli şəxsə göndərilir.
60.3. Sorğuya və ya müraciətə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 60 gün keçənədək başlanmalıdır.
Sonda isə Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin rəylərini təqdim edirik:
/feso.az/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.