Xəbər verdiyimiz kimi, Yasamal rayonunda küçələr və piyada səkiləri zəbt edilərək, yerində ticarət obyektləri tikilir.

araz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Yasamal rayon ərazisində günü-gündən bu cür qeyri-qanuni obyektlərin sayı artır.

Naməlum şəxslər əvvəlcə ərazilərdə dəmir konstruksiyadan ibarət köşklər salır və sonradan onların ətrafı daş üzlüklərlə üzlənilir. Bu da insanların haqlı narazılığına səbəb olur.

Bu günlərdə eyni aqibətlə Yasamal rayonu, Şərifzadə küçəsi 94 ünvanında yaşayan sakinlər də üzləşiblər. Belə ki, yaşayış binasının blokunun sakinlərin dincəlməsi üçün nəzərdə tutulan yerdə dəmir konstruksiya qurularaq, mağaza tikilib. Sakinlər isə narazılıq edərək, metal konstruksiyaların sökülməsini tələb edirlər.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti nümayəndələri hadisə yerinə gəlməyib və mağazanın sahibləri ilə sakinləri üz-üzə qoyublar.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.