Çoxsaylı üzvü olan bir ictimai təşkilat olaraq “Azad İstehlakcılar” İctimai Birliyinə (AİİB) istehlakcılar tərəfindən ölkəmizin iqtisadi- sosial həyatı ilə bağlı müntəzəm olaraq müxtəlif xarakterli məlumatlar daxil olur. «Təzadlar»ın bu və ya digər suallarına Birliyin sədri Eyyub Hüseynov belə cavab verdi:
-Diqqət cəkən və AİİB-in sədri olaraq məni narahat edən problemlərdən biri Azərbaycanın ölkədə qala biləcək pullarının xaricə- ermənilərə ötürülməsidir. Məlumat üçün deyim ki, AİİB-ə istehlakcılar tərəfindən verilən məlumatları araşdırmaqla müəyyən etdik ki, doğuran da tək bir biznes sferasından ermənilərə leqal olaraq külli miqdarda vəsait ötürülür və əksər hallarda bu ötürməni edən şəxs vəsaitin ermənilərə getməsindən xəbərsizdir!
-Eyyub müəllim, bu necə baş verir?
-Biləsiniz ki, Azərbaycanda xarici şirkətlərin sayı get-gedə, xüsusən də, virtual platformalar üzərindən artmaqdadır. Bu, ölkəmizin inkişafı cəhətdən sevindirici hal olsa da, araşdırmalar bəzi suallar doğurur. Məsələn, bu şirkətlər hansı ölkələrə məxsusdur?! Sahibləri kimlərdir? Aralarından neçəsi Ermənistan əsilli ermənidir və s. Suallara qismən cavab tapmaq ücün milli biznesimizin bir seqmentini araşdırdıq. Belə ki, hazırda Azərbaycanda mindən artıq biznes qurumunun əməkdaşlıq etdiyi “iiko”(ayko) şirkətinin əsil sahibinin erməni olduğunu kiçik bir araşdırma ilə aşkarladıq! “iiko”- kafe və restoranlara idarəetmə sistemi təklif edərək yerli sahibkarlarla əməkdaşlıq qurur. Hazırda isə şirkətin Azərbaycanda 2 rəsmi nümayəndəsi mövcuddur: “Optima” (https://group.optima.az) və “Smart Horeca” (smarthoreca.az). Şirkətin əsası isə 2005-ci ildə erməni əsilli David Yan və Maksim Nalskay tərəfindən qoyulub. Adlar arasından David Yan diqqətimizi cəkməyə bilməzdi. Gəlin onunla yaxından” tanış” olaq. David Yan 1968-ci ildə Yerəvanda dünyaya göz açıb. Doğulduğu şəhərdə məktəbi bitirdikdən sonra “Yerevan Dövlət Universiteti”nə daxil olub və uzun illər Yerevanda yaşamağa davam edib (mənbə: https://ru.wikipedia.org/wiki/%D0%AF%D0%BD,_%D0%94%D0%B0%D0%B2%D0%B8%D0%B4_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87). Həyatı boyunca doğulduğu ölkəyə qarşı olan sevgisini də müxtəlif fəaliyyətlərlə dilə gətirməkdən çəkinməyib. Misal olaraq, Ermənistan üçün davamlı etdiyi 15-30 milyonluq investisiyaları (mənbə: https://mediamax.am/ru/news/education/28660), “Pan Armenian”a verdiyi müsahibəni (mənbə: https://auroraprize.com/ru/one-man%25E2%2580%2599s-vision-david-yan), “La sombra de Ararat” adlı sənədli filmdə iştirakını (mənbə: https://m.imdb.com/title/tt12102988/), “AYB Educational Foundation”a qatdığı töhfələri (mənbə: https://aybschool.am/en/page/historyandmission) misal çəkə bilərik. Əslində, “iiko” şirkəti uzun illərdir Rusiya şirkəti kimi tanınırdı və qaynaqları Azərbaycan sahibkarların diqqətini çəkmirdi. Məlum Rusiya-Ukrayna müharibəsindən sonra “iiko” artıq müəyyən səbəblərə görə erməni qaynaqlı olduğunu tez-tez vurğulayır. Üstəlik, rus şirkəti kimi tanındığı üçün, hətta rebrendinq edərək yan şirkət açıb “Syrve”(Sörv) adı altında fəaliyyət göstərməyə başlayıb. Şirkətin baş ofisi isə məhz Ermənistanda yerləşir (mənbə: https://www.syrve.com/en-gb/contact-syrve). Başqa sözlə, hazırda eyni şirkət həm “iiko”, həm də “Syrve” adı altında fəaliyyət göstərir. Əvvəldə də dediyimiz kimi, artıq Azərbaycandakı mindən cox kafe və restoranda (məsələn, “Mangal Stake House”, “Manzara”, “Shaurma N1”, “Fryday”, “Pizza Mizza”, “145 Group”, “Borani”, “Vətən”, “Zafar Cafe”, “Resant Group” restoranları, “Teleqüllə”, “Ocakbaşı” və.s. mənbə: http://smarthoreca.az/ böyük miqdarda vəsait ödəməklə (bu pullar şübhəsiz ki, Azərbaycan istehlakcılarının cibindən cıxarılır!) “iiko” (və ya “Syrve”) sistemdən aktiv şəkildə istifadə edilir. «Azərbaycanın valyuta vəsaiti erməniyə ötürülür!»
Və ilk olaraq AİİB-i araşdırmaya məcbur edən səbəb, yerli sahibkarların xəbərsiz şəkildə erməni sahibkarın xəzinəsinə aylıq olaraq təxmini hesablamalarımıza görə, yarım milyon dollar fayda verməsidir. Xüsusən də bu sahibkarın erməni fəaliyyətlərini radikal olaraq dəstəklədiyini nəzərə alsaq, «Baltanın sapını bilmədən özümüz hazırlayırıq»,- deyə bilərik.
-Burda həm də informasiya təhlükəsizliyi məsələsi var. Məsələn, necə ola bilər ki, bu şirkətlərin fəaliyyəti ölkəmizin xüsusi xidmət orqanlarının diqqətindən kənardadır?
-Bəli, bəlkə də ən vacib bir məsələ isə informasiya təhlükəsizliyi ilə əlaqəlidir. Belə ki, bu sistemin hazırda Dövlət Vergi Kassaları, İP telefoniya və POS cihazlarla birbaşa inteqrasiyası var. Bu inteqrasiya mənbəyi də dövlət təhlükəsizliyi baxımından strateji sayıldığı üçün yalnız yerli şirkətlərlə müqavilə əsasında əldə edilə bilir. Bundan əlavə, hazırda şirkətin yaratdığı mobil tətbiqlərdən ölkəmizdə minlərlə restoran sahibi və müştəri istifadə edir. Bu tətbiqlər vasitəsilə istifadəçilər arasında olan dövlət əhəmiyyətli insanların dinlənilməsi və izlənilməsini təmin etmək isə praktik cəhətdən heç də çətin deyil. Eyni zamanda, sahibkarı Ermənistanı dəstəkləyən, baş ofisi, proqramlaşdırma və texniki dəstək komandası Yerevanda yerləşən bu şirkətin məxfi məlumatlarımızı üçüncü tərəflərlə paylaşmadığına əmin ola bilmərik! Hər halda, ehtiyatı əldən buraxmamaq lazımdır. Xüsusən də ölkəmizin müharibədən yeni çıxdığı bu ərəfələrdə!
Artıq demək olar ki, bütün sahələr üçün müxtəlif həllər təklif edən yerli şirkətlər fəaliyyət göstərir. “iiko” sisteminə oxşar sistemə sahib yerli şirkətlərə isə “Clopos” və “Logix”i misal çəkə bilərik. Bu araşdırmanı aparan zaman bizi təəccübləndirən səbəblərdən biri də o oldu ki, axı anoloji işi yerinə yetirən, adlarını qeyd etdiyimiz milli şirkətlərin bizə məlum olan bu informasiyalarından ola bilməz ki, xəbərsiz olsunlar və nə ücün bu şirkətlər ən azı öz bazarlarını “təmizləmək” ücün bu məlumatları ictimaiyyətə və müvafiq dövlət orqanlarıma catdırmırlar?! Problem, özü də ciddi problem budur… Sonda: mən Sizə həmin restoranların və şirkətlərin barəsində Birliyimizin araşdırmaları sayəsində əldə etdiyimiz məlumatları təqdim edirəm…
Restoranlar: http://smarthoreca.az/
- Iiko və Syrve şirkətlərinin eyni məhsul olduğunu panelin giriş səhifəsində 2 brendin də loqosunun olmasından anlaya bilərik: https://sitweb.iiko.it
- Syrve saytında Ermənistan ünvanı https://www.syrve.com/en-gb/contact-syrve
- David Yan, ermənilərin yardım fondu olan “Aurora”nın (auroraprize.com/ru) üzvüdür. Fond Artsaka belə dəstək göstərir. David Yanın fondun mükafatlandırma tədbirinə dəvət videosu: youtube.com/watch?v=CCLGxhs-yR4ən
- Haqqındakı məqalə https://auroraprize.com/ru/one-man%25E2%2580%2599s-vision-david-yan
- David Yanın Ermənistanın inkişafı üçün“AYB” məktəblərinə investisiyalar etdiyini və 2018-ci ildə yenə 15-30 milyon dollar investisiya edəcəyini açıqladığı məqalə: https://mediamax.am/ru/news/education/28660
- “Iiko”nun keçmiş, “Syrve”nin CEO-su Ermənistanda
Syrve.az və iiko.az domainlərini qeydiyyatdan “Optima” şirkəti keçirdib. Whois.az-dan yoxlamaq mümkündür.
Dinlədi: Asif MƏRZİLİ
araz.az xəbər portalı.