“Araik Arutunyanın dünən dünyaya təcili müraciət-xəbərdarlığı Azərbaycana müharibə elan etmək idi…”

Azərbaycanın erməni-rus işğalı altında qalan ərazisində vəziyyət getdikcə gərginləşməyə doğru gedir. Laçın yoluna tətbiq edilən bəzi məhdudiyyətləri bəhanə gətirən separatçı rejim daxilə və xaricə yönəlik yeni siyasi xətt yürütməyə başlayıb. Daxildə qondarma parlamentin sədri istefaya gedəndən sonra onun yerinə “Daşnaksütyun” partiyasının üzvü David İşxanyan gətirilib. Ermənistanda müxalifətdə olan və baş nazir Paşinyan tərəfindən daşnakların xaricdə fəaliyyət göstərən bəzi üzvlərinə Ermənistana giriş qadağası tətbiq olunduğu bir vaxtda, Xankəndində daşnakın vəzifəyə gətirilməsi sadə siyasi gediş deyil. Bu o deməkdir ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan daşnak bürosunun üzvü Xankəndində hakimiyyətə gətirilir və İrəvandan daha çox diaspora ilə işbirliyində olmağı məqsədəuyğun hesab etməklə, Qarabağ məsələsində Azərbaycana beynəlxalq təzyiq gücləndirilir. Bu, Rusiya tərəfindən idarə olunan separatçı rejimin yeni siyasi xəttidir və strateji hədəflərində dəyişiklik baş verdiyini göstərən əlamət kimi dəyərləndirilməlidir. Araik Arutunyanın BMT başda olmaqla dünyanın aparıcı siyasi qurumlarına, ABŞ, Fransa, Rusiya dövlət başçılarına son təcili müraciət-xəbərdarlığı, İrəvandan deyil, beynəlxalq qüvvələrdən kömək tələbini (bu istək deyil, tələbdir) yeni xəttin bariz nümunəsi hesab etmək olar. Araik müraciətində Ermənistana xəbər ünvanlayıb ki,  sizə elə də ehtiyacımız yoxdur, amma “Artsaxdan danışanda ağıllı olun”. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının Xankəndi separatçıları üçün bir o qədər əhəmiyyəti yoxdur, hətta iki ölkə arasında sülh müqaviləsi imzalansa belə, onların “öz müqəddaratını təyin etmə” uğrunda mübarizəsi, daha doğrusu, müharibəsi davam edəcək…
Bu mübarizə-müharibə, əlbəttə, Azərbaycanla aparılacaq və Xankəndi separatçılarının lideri dünyaya son müraciət xəbərdarlığı ilə perspektivdə təkbaşına deyil, ünvanladığı tərəflərlə birgə olacağını nəzərdə tutur. Araik bildirir ki, bu tərəflərin önündə Rusiya Federasiyası dayanır, o sahədədir, başqa qüvvələr isə masadan Azərbaycana təzyiq göstərsin, sanksiyalar tətbiq etsin, Azərbaycan Avropa Şurası üzvüüyündən çıxarılsın. Bu müharibə elan etmək deyilsə, nədir?..
Araik erməni xislətinə sadiq qalaraq, müraciətdə 17 dəfə “genosid” ifadəsini işlədib. Hələ bir nəfərin burnu qanamadığı halda “sevimli genosid” ermənilərin şüarı olaraq qalır. Yer üzündə ermənilər qədər “məzlumluğu” ilə dilənçilik edən və bununla fəxr edən ikinci millət tapmaq mümkün deyil. Bu “yazıqlığ”ın arxasında hansı məkrin, qəddarlığın dayandığını biz də bilirik, dünya da, sadəcə dünya gücləri bu millətdən yeri gələndə təzyiq vasitəsi kimi istifadə ediblər, edirlər…
Dünən İrəvanda etiraz aksiyası keçirən “ Səlibçilər” dəstəsi belə bir bəyanat verib:” Laçın yoluna doğru gedirik, qoy, türklər bilsinlər ki, erməni xalqı oyanıb”. Soruşmaq lazımdır: “nə oldu, nə etdiniz də ayıldınız?”.  Məqsədiniz bəllidir: dəstəni “səlibçi”, “xaçdaşıyanlar” adlandımaqla Qarabağ problemini dinlərarası müstəviyə keçirmək və xristian dünyasını bizə qarşı qoymaqdır. Keçməz…
Ermənilər son günlər “humanitar fəlakət” şousu altında gərgin situasiya yaradıb, Azərbaycanı beynəlxalq təzyiqin hədəfinə məruz qoymaq siyasətinə xüsusi önəm verməklə maraqlarını, konkret olaraq Laçın yolunun tamamilə açılmasını, ümumiyyətlə, nəzarət məntəqəsinin ləğvini tələb edirlər. Yuxarıda qeyd olunanlar bölgədə situasiyanı gərginləşdirir. Biz nə etməliyik?..
Xankəndindəki separatçı rejim məlum havadarlarının dəstəyilə bizə müharibə elan edib, dünyanı da bu müharibədə özünə müttəfiq etməyi planlaşdırır.  Deməli, bizim də hədəfimiz birbaşa Xankəndi olmalıdır. Bu ilin may ayından yenidən danışıqlara start veriləndə Azərbaycanı “danışıqlar burulğanına, labirintinə” salıb vaxtı uzatmaq siyasətinin başlandığını və bu uzadılan müddətdə ermənilərin hər cür təxribata, şantaja əl atacaqlarını qeyd etmişdim. İndi o rəngli şantaj təxribatın nümunəsini Araik dünən nümayiş etdirdi və yalnız bizi deyil, müraciət-xəbərdarlıq etdiyi ünvanları da unutmadı. “Siz başa düşürsünüzmü”, “siz dərk edirsinizmi”, “doğrudanmı siz narahat olmursunuz” və bu kimi etikadan uzaq ifadələrlə (Araikin aləmində bu təsiredici ifadə üslubudur) faktiki müraciət-xəbərdarlıq etdiklərini də şantaj edib. Rusiyanın idarə etdiyi separatçı rejimdən ayrı nə gözləmək olar? Ona görə də Rusiyanın rəsmiləri sülh danışıqları başlayanda “Qafqaz əsiri”nin Saaxovu kimi:” Yoox, tələsmək lazım deyil”məsləhətini verirlər…

Sülh danışıqları ilə paralel olaraq, təcili Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin azad edilməsinin siyasi və hərbi yolu gündəmə gətirilməli, qarşı tərəflərə vaxt verib xəbərdarlıq edilməlidir. Separatçılar dünyaya xəbərdarlıq müraciəti göndərə bilir, biz beynəlxalq hüquqa əsaslanan xəbərdarlığımızı edə bilmirik?! Uzaq keçmiş yox, ən yaxın tariximiz- 1988-ci ilin fevralın 13-dən 2020-ci ilin 27 sentyabrınadək – bizə dərs deyilmi? Erməni sərtlik görməsə, yola gələn məxluq deyil. Bir daha təkrar edirik: erməni silahlı qüvvələrinin ərazimizdən çıxarılmasının müddətini təyin edib xəbərdar etmək; keçmiş Dağlıq Qarabağ ərazisindən etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının doğma yurdlarına qayıdışı üçün zəruri siyasi-diplomatik addımları gecikmədən gündəmə gətirmək; Rusiya sülhməramlıları ilə təcili danışıqlar aparıb tərəfimizdən humanitar malların Ağdam yolundan çatdırılmasını həll etmək; düşmənin son müraciət xəbərdarlığına qarşı informasiya təbliğatını beynəlxalq ictimaiyyətə çatdırmaq…

İlham İSMAYIL.

araz.az xəbər portalı.