Suriya prezidenti Bəşər Əsəd Türkiyə və onun lideri Ərdoğana qarşı sərsəm ittihamlar irəli sürüb.
araz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd Böyük Britaniyada yerləşən “Sky News Arabia” telekanalına danışıb.
Suriyadakı mövcud vəziyyət və Qərblə münasibətləri ilə bağlı təkəbbürlü ifadələr işlədən Əsəd prezident Ərdoğanla mümkün görüşü belə şərh edib:
“Ərdoğanla onun təklif etdiyi şərtlərlə görüşməyəcəyəm. Ərdoğanın niyyəti bəllidir. O, mənimlə görüşərək, Suriyadakı türk işğalını qanuniləşdirmək istəyir”.
Əsəd daha sonra bir qədər də irəli gedərək “Suriyadakı terror türk məhsuludur” deyib: “Suriyalı qaçqınların geri qayıtmasında ən böyük problem terrorun məhv etdiyi infrastrukturdur”.
Məlumata görə, Əsədin müsahibəsi bu gün tam şəkildə yayımlanacaq.
Xatırladaq ki, bir neçə aydır Türkiyə Moskvada Suriya rejiminin rəsmiləri ilə münasibətlərin normallaşması istiqamətində danııqlar aparır.
Prezident Ərdoğan iyulun ortalarında deyib ki, “Suriya ilə qapını bağlayacaq vəziyyətdə deyilik, qapı açıqdır. Dördlü zirvə toplantısı keçirilməlidir, amma Əsədlə görüş nöqtəsində bağlı deyilik. Əsəd təəssüf ki, Türkiyənin Şimali Suriyanı tərk etməsini istəyir. Belə bir şey yoxdur. Sərhədlərimizdə terrorçular olduğu halda, biz necə çıxa bilərik?”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.