ABŞ-ın Luiziana ştatı sərhədinə yaxın Silsbi şəhərində heyratamiz hadisə yaşanıb.

araz.az Mia.az-a istinadən  xəbər verir ki, ABŞ-da bağçasında ot biçən qadının üstünə havadan ilan düşüb.

Məlum olub ki, qartal ovladığı ilanı havada çaynağında çox saxlaya bilməyib və o yerə düşüb: “Daha doğrusu, ilan otlaq sahədə olan 64 yaşlı  Peggy Jonesin üzərinə düşüb. İlan dərhal qadının qoluna sarılmaqla, onu sancmaq istəyib. Bu zaman qartal da qadının qoluna sarılan ovunu geri almaq üçün yerə şığıyıb”.

Hadisə barədə  CBS News-a açıqlama verən qadın bildirib ki, ilan qoluna sarılan kimi onun yerə atmaq üçün dayanmadan qolunu silkələyib: “Ancaq ilan o qədər möhkəm sarılmışdır ki, qolumdan qopmurdu. O qolumu yellədikcə, sifətimdən, daha dəqiqi, gözlərimdən sancmaq üçün bir neçə dəfə çəhd elədi. Ancaq eynəyim ona zəhərini boşaltmağa imkan vermədi. Həmin anda qartal ovunu geri almaq üçün qoluma hücum elədi. O ilanı qolumdan qopara bilmədikcə, caynağı ilə qoluma möhkəm zərbələr endirirdi. Nəhayət, o ilanı qolumdan qoparıb apardı…”

Bundan sonra xəstəxanaya aparılan qadının qolundakı qartalın caynağının dərin izləri təmizlənərək, tikilib

img img img

araz.az xəbər portalı.

araz.az xəbər portalı.