Ədliyyə Nazirliyi Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) da reyestrlə bağlı müraciətini geri qaytarıb.
araz.az bildirir ki, bu barədə, ölkə mətbuatına açıqlamasında partiyanın sədri, deputat Asim Mollazadə məlumat verib.
Deputat nazirliyə təqdim olunan siyahıda müəyyən problemlərin olduğunu vurğulayıb: “Ad, soyad, telefon nömrələridə üst-üstə düşməyən hallar var. Hazırda texniki problemlərin aradan qaldırılması üzərində işlər aparılır”.
Asim Mollazadə əlavə olaraq bildirib ki, proses yekunlaşandan sonra təkrar reyestrə müraciət olunacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.