Mərhum jurnalist Elmar Hüseynovun Norveçdə yaşayan həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslan Hüseynovla birlikdə Azərbaycana gəlib.
araz.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində məlumat və fotolar yayıb.
R. Hüseynova bildirib ki, Azərbaycana Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə gəliblər.
“17 il sonra oğlumuz Aslan tarixi vətəninə gəldi və onun duyğularını, təəssüratlarını sizinlə bölüşmək istərdim: İlk dəfə Bakıya uzun illər sonra gəldim və məni emosiyalar bürüdü. İlk dəfə qohumlarımla görüşdüm, Vətənimi, şəhərimi gördüm. Atam Elmarın məzarını ziyarət etdim. Çox kədərli bir an idi, çox, çox təəssüratlarım oldu. Bilirəm ki, Elmar öz şəhərini çox sevirdi. Mən də Elmar kimi Bakı şəhərinə aşiq oldum. Bakını Avropanın digər şəhərlərindən daha çox bəyəndim, ona görə yox ki, ən gözəldir, ona görə ki, ən doğma olandır”, – R. Hüseynova qeyd edib.
Onlar, həmçinin E. Hüseynovun məzarını ziyarət ediblər və Şuşaya səfər ediblər.
Qeyd edək ki, “Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında yaşadığı binanın blokunda öldürülüb qətlə yetirilib.
18 ildən çox keçsə də, hələ də Elmar Hüseynovun qətlini sifariş verənlər və həyata keçirənlər tapılmayıb.
Jurnalistin ölümündən sonra həyat yoldaşı Ruşaniyyə Hüseynova və oğlu Aslan Norveçdən siyasi sığınacaq alıblar. /yeniavaz.com/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.