Amerkalı alim Bencamin Franklinin belə bir sözü var “İnsan pulun saxtasını edər, pulda insanın”. Həqiqətən bəzi insanlar müəyyən iş qurub pullaşdıqdan sonra, ayaqları yer tutmur. Özlərinə onlarla bahalı maşınlar almaq sayı-hesabı bilinməyən evlər mülklər daha nələr…
Təbiki yaşam üçün şərait qurmaq normaldır, bunu bütün dünyada imkanı olan hər kəs edir. Deyir pul cib tutandan artıq olanda gec-tez özgəyə qismət olur. Axı sənin pulun var, bunu düzgün istqamətə xərcləmək elə də çətin iş olmamaldır. Haqqında bəhs edəcəymiz şəxs Xəlil Göyüşovdur. O, Xəlil Göyüşov ki, vətənimiz olan Azərbaycan adlı məmləkətimizdə, dövlət vəsaiti hesabına maliyyələşən «Körpü-Bina-Tikinti» adlı MMC-nin sədirdir. Bəli, düz eşitdiniz, sellər aparan, adı olub özü olmayan körpülərin. Jurnalistlər ondan bir cümlə yazan kimi, həbs etdirməklə hədələyən Xəlil Göyüşov. Biz deyək, siz eşidin.

araz.az Turantv.az-a istinadən xəbər verir ki, bəzi pullu adamlar özlərinin əyri yollarla qazandıqları milyonları qorumaq üçün daim “krışa” axtarışındadırlar. Amma bizim bu Xəlil Göyüşov haqqında danışılanlar onun barəsində mənfi obraz yaradır. Eşitdiyimizə görə, Xəlil Göyüşovun dəyəri 10 milyonlarla olan böyük obyektləri vardır. Ondan əlavə bildiyimizə görə, Xəlil Göyüşov cənab Prezidentin göstərişlərinə məhəl qoymayaraq, dənizin içərisinə girərək özünə böyük restoran tikib. Baxın, Xəlil Göyüşovun dövlət vəsaitindən istifadə edərək xalq üçün tikdiyi “sınıq-salxaq” körpüləri sel aparır, amma illərdir özü üçün dövlət büdcəsindən yayındıraraq özü üçün dənizin içində tikdirdiyi restoran, nə qədər duzlu suyun içərisində qalsa da, (özünün dediyi kimi) ona “Venesiya”-nı xatırladır. Hələ vəzifəyə yerləşdirdiyi qohum-əqrəbasından danışmırıq. Bu haqda növbəti sayımızda.
P.S. Deyirlər, Göyüşov qərbə meyilli olduğu üçün, özünə dəyərli olan hər şeyə QƏRB adını qoyur.

«Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun milyonlarla dəyəri olan mülkləri - FOTOLAR

araz.az xəbər portalı.

araz.az xəbər portalı.