Bu gün Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında üz-üzə gələcək “Neftçi” və Türkiyə “Beşiktaş”ının rəhbərləri arasında görüş olub

Klubdan araz.az-a verilən məlumata görə, oyun ərəfəsində baş tutan rəsmi yeməkdə flaqmanın icraçı direktoru Fərrux Mahmudovla İstanbul klubunun vitse-prezidenti Engin Baltacı bir araya gəlib.

Görüşdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim ediblər.

img img
araz.az xəbər portalı.

araz.az xəbər portalı.