neft bahalasma 0854

“Azneft” İstehsalat Birliyinin 28 May NQÇİ-nin 13 saylı dəniz özülündə çalışan fəhlələr imdad diləyir.

araz.az xəbər verir k, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı fəhlələərdən birinin ona yazdığı məktubu yayıb.

Məktubda fəhlələrə yemək bişirmək üçün ayrılan aşbazlardan şikayət olunub:  “Özüldə çox acınacaqlı vəziyətdir. Ərzaqla təminat yoxdur. Sosial şöbəyə də bu gün buranın rəisi müraciət edib. Pendir nədi ki, o belə yoxdu. Ərzaq olsa belə, iyulun 27- dən avqustun 12 -nə kimi növbədə olan aşbazlar yemək bişirə bilmirlər.

Üzr istəyirəm, itə versəniz, o yeməyi yeməz. Xahiş edirəm, bu haqda biz fəhlələrə yardım edin. Buranın aşbazlarını, yəni iyulun 27 -dən avqustun 12-nə olan aşbazlarını dəyişsinlər. O biri “smen”də olanlar adam balası kimi yemək bişirlər. Kimnsə “day-dayı” var deyə biz fəhlələr əziyət çəkirik”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.