Çin şirkəti restoranlara probirkalı ət tədarük etmək qərarına gəlib.

araz.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin CellX şirkəti Şanxayda restoranlar üçün süni ətin sınaq istehsalına başlayıb.

CellX laboratoriyasında yaradılmasına qərar verilən ilk nümunələr kabab və qiymə olub. Hər yeməyin qiyməti 100 yuandan (13,87 dollar) aşağıdır və istehsalın ilk mərhələsində bir funt süni ətin qiyməti təxminən 100 dollar təşkil edir.

Məlumata görə, pilot rejimdə zavodda ildə cəmi bir neçə ton ətin istehsal edilməsi nəzərədə tutulur. Bununla belə, o, tam gücə çatdıqdan sonra – 2025-ci ilə qədər yüzlərlə ton ət istehsal edə biləcək.

Ətin ucuzlaşması üçün istehsalın artırılmasının gərəkdiyi bildirilir.

2020-ci ildə qurulan CellX laboratoriyada yetişdirilən ət sahəsində liderlərdən biridir. Eyni zamanda, Çin digər ölkələrlə müqayisədə daha çox ət istehlak etdiyi üçün belə məhsullar perspektivli bazar hesab olunur. Bununla yanaşı, Çində ətin yetişdirildiyi bioreaktorların qiyməti ABŞ və ya Avropa ilə müqayisədə xeyli aşağıdır. /publika.az/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.