“Hörmətli nazir Emin Əmrullayev, biz Gəncə Dövlət Universitetinin müəllimləri məcbur olub Sizə müraciət edirik. Bizim universitet özü-özünü maliyyələşdirir. Universitetin rektoru Yusif Yusibov müəllimlərin maaşlarını qaldırmır. Universitetin büdcəsini təmir və müxtəlif layihələr adı altında mənimsəyirlər. Bizdə 20 ildən çox stajı olan dosentlər 710 manat, laborant heyəti isə 250-300 manat həddində maaş alır. Siz deyin, indiki şəraitdə bu maaşla biz necə dolanaq?”.
araz.az bildirir ki, bu sözləri mia.az-a Gəncə Dövlət Universitetinin (GDU) adıənı açıqlanmasını istəmyən müəllimləri deyiblər.
Onlar bildirib ki, Texnologiya Universitetində saxta təmirlər və şişirdilmiş büdcə xərcləri olmadığı üçün maaş GDU-dan yüksəkdir:
“Dəfələrlə sosial şəbəkələrdə və saytlarda bu haqda yazılıb. Lakin rektor Maliyyə Nazirliyində işləyən qardaşı Cahangir Yusibova arxalanaraq bildiyini edir. Siz Təhsil nazirisiz, biz cənab Prezidentə də yazmışıq, niyə gözləmə mövqeyi tutursuz, ay Emin müəllim? Bəs bu müəllimlər kimə dərdlərini desinlər? Nə vaxt baxacaqsız bu kasıb müəllimlərin şıkayətinə?”.
Şikaytçi müəllimlər yazır ki, az miqdarda verilən məzuniyyət pulunu da heç yana getməyə-getməyə elə Gəncədə xərcləyiblər: “Bəs, bizim istirahət hüququmuz yoxdur, ay nazir? Necə olur ki, bizim hazırladığımız elmi dərəcəsi olmayan orta məktəb müəllimləri bizdən – alimlərdən çox maaş alır? Heçmi Allahınız yoxdur, niyə bir nazir kimi bu qoca, özündən razı, heç bir müəllimi qəbul etməyən, ümumiyyətlə, qəbul günü olmayan bu rektora bir söz demirsiniz? Niyə susursunuz?”.
Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.