Şikayətçi tərəf isə iddia edir ki, Süleyman Hacıyev Sultanxanım Nəsibova ilə sonuncunun adına olan Bakı şəhəri, M.Rəfili küçəsindəki mənzildə birgə yaşayırlar, yəni onların boşanmaları formal xarakter daşıyır və borcu ödəməkdən yayınmaq məqsədi ilə baş tutub. O, qeyd edib ki, təqsirləndirilən şəxsin bu borcu ödəməyə maddi imkanı var, çox zəngin adamdır, lakin özünü yoxsul kimi göstərir və qəsdən borcu ödəmir.
Əvvəlki inistansiya məhkəmələri Süleyman Hacıyevin borcu qaytarması ilə bağlı qərar versə də, o, bunu icra etməkdən yayınıb.
Nizami Rayon Məhkəməsinin 10 avqust tarixində qəbul etdiyi qərarla Süleyman Hacıyev Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək öhdəliyi də qoyulub.
Apardığımız araşdırmaya görə, Sultanxanım Nəsibova və onun təqsirləndirilən keçmiş həyat yoldaşı Qazax rayonunda tanınmış şəxslərdir. Sultanxanım Nəsibova uzun illər “Kapital Bank”ın İnsan resursları departamentinin direktoru olub və hazırda İlham Pirməmmədovun rəhbərlik etdiyi “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. İlham Pirməmmədovun rəhbərlik etdiyi təşkilat onun haqqında sənədli filim də çəkib.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışmaq istəməyən Sultanxanım Nəsibova deyib ki, o bu barədə məlumat verə bilməz:
“Siz nəyə görə məni narahat edirsiz? Mən kim, onlar kim? Siz bu işlə niyə maraqlanırsız? Burda dövlət əmlakı mənimsənilməyib, adam öldürülməyib, oğurluq olmayıb… Kişilər arasında nə iş olub, özləri bilər. Tələbə yoldaşıdırlar, nə istəyirlər etsinlər…”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.