30 mart 2023-cü ildə Prezident İlham Əliyevun fərmanı ilə ləğv olunaraq, yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilən “Azərsu” ASC-də daha bir məşhur şəxs vəzifədən çıxarılıb.
araz.az bildirir ki, Mia.az-ın əldə etdiyi məlumata görə, 4 gün əvvəl, daha dəqiqi, 7 avqustda “Azərsu” ASC-nin sədr əvəzi Köçərli Həsənovun 84 K saylı əmri ilə “Azərsu” ASC-nin su təchizatı sistemlərinin idarə olunması şöbəsinin rəisi Məmmədrəsul İlyasov vəzifəsindən azad edilib.
Əmrdə onun istifadə etmədiyi 45 günlük məzuniyyət pulunun hesablanaraq ödənilməsi barədə xüsusi tapşırıq da var.
Məlumata görə, Məmmədrəsul İlyasov istismar sahəsində peşəkar mütəxəssis sayılır: “Lakin Köçərli Həsnov hansısa “səhv”ə görə, yaxın dostu ilə bağlı “öz xahişi ilə əmək müqaviləsinə xitam verilsin” tipli əmr imzalamağa məcbur qalıb. Əks halda, hər addımı barədə Köçərli Həsənovun köməkçisi Əfqana hesabat verən Məmmədrəsul İlyasov niyə qəfil vəzifədən azad edilsin ki?!”.
Xatırladaq ki, ötən həftənin sonunda Qaradağ Su-Kanal İdarəsinin rəisi, Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsakovun bacısı oğlu Elnur Əliyev də vəzifədən azad olunub.
Məlumata görə, çox yaxın vaxtlarda “Azərsu”da daha böyük kadr dəyişikliklərinə start veriləcək.
Xüsusən də hündürmərtəbəli binalara texniki şərtlərin verilməsi, kodlaşdırılması və sair kimi pullu işlərdə “əməyi” olanlarla bağlı daha sərt tədbirlərin görüləcəyi gözlənilir.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.