kendir.jpg

Daşksəndə intihar hadisəsi baş verib.

Hadisə rayonun Çovdar kəndində qeydə alınıb.

araz.az apa.az-a istinadən  xəbər verir ki, Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Səbuhi Süleymanov idarə etdiyi ekskavatordan özünü asıb. Onun meyti iş yoldaşları tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, S.Süleymanov nişanlı olub, onun yaxın günlərdə toyu olacaqdı. Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil. S.Süleymanov şirkətlərin birində ekskavator sürücüsü işləyib. Faktla bağlı araşdırma aparılır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.