Aparılan müşahidələr göstərir ki, son vaxtlar istər paytaxtda, istərsə də respublikanın digər regionlarında konstruktiv bütövlüyü pozulmaqla, o cümlədən istehsalçı tərəfindən konstruksiyasında nəzərdə​ tutulmuş​ ön və arxa​ ​ mühafizə​ qurğuları (bamper) yerində olmayan nəqliyyat vasitələrinin istismarına yol verilir. Bu da inzibati xəta tərkibi yaratmaqla yanaşı, həm də yol-nəqliyyat hadisələri zamanı qəzanın ağarlıq dərəcəsinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, avtomobilin kinetik enerjini udma xüsusiyyətinə malik passiv təhlükəsizlik elementlərindən biri olan bamperlərin təmir, zövq və digər səbəblərdən yerində olmadan idarə edilməsi hallarına qarşı nəzarət tədbirləri gücləndiriləcək və yol hərəkəti zamanı nəqliyyat vasitələrində sözügedən nasazlıqların aşkar ediləcəyi təqdirdə onların sürücüləri barədə qanunvericiliyə uyğun inzibati məsuliyyət tədbirləri görüləcək.

 

araz.az xəbər portalı.